Haitinin departamentləri

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Haiti Respublikasında əsas ərazi-inzibati vahidi departamentdir (fr. département). Haiti Respublikası 10 departamentə bölünür.

İdarəetmə

Hər bir departamentin icra orqanı olan öz şurası vardır. İdarə Məclisinin hər 4 ildə seçdiyi 3 üzvdən ibarətdir. Şuraya sədrlik edir.

Hər bir departamentin özünün Məclisi var, bu da müzakirə olunan bir qurumdur və Şuranın işinə kömək edir. Məclis üzvləri də 4 il müddətinə seçilir. Departamentin iclası onun sədri tərəfindən idarə olunur.

Tarixi

Keçmiş fransa koloniyası olan San-Dominqo üç departamentdən ibarət idi: Cənub, ŞimaliQərbi. 1821-ci ildə Artibonit Şimal və Qərb hissələrindən ayrılaraq yaradılmış, 1844-cü ildə Şimal-Qərb departamenti[1][2] departamenti yaradılmışdır. 1962-ci ildə Fransua Düvalye dövründə, Haiti inzibati bölgüsü yenidən nəzərdən keçirildikdən sonra Mərkəzi, Şimali-Şərq, Cənubi-ŞərqQrand-Ans 4 yeni departament yaranmışdı[2].

2014-cü ildə Haiti Deputatlar Palatasına 10-dan 14-dək və ya 16-dək şöbə sayını artırmağı qərar verildi[3].

20-ci əsrin 90-cı illərində (Nipanın formalaşmasından əvvəl) "10-cu deparament" termini xaricdə yaşayan Haitilərə istinad etmək üçün istifadə edilmişdir. XXI əsrdə onlar 11-ci departament adlandırıldılar[4].[2].

Departamentlərinin siyahısı

Departament Paytaxt Sahə (km²) Əhali Sıxlıq (nəf./km²)
Artibonit Qonaiv 4.987 1.727.524 350
Qrand-Ans Jeremi 1.912 468.301 240
Qərb Port-o-Prens 4.983 4.029.705 810
Nip Miraqoan 1.268 342.525 270
Şimal Kap-Aityen 2.115 1.067.177 500
Şimal-Şərq For-Liberte 1.623 393.967 240
Şimal-Qərb Por-de-Pe 2.103 728.807 350
Mərkəzi Enş 3.487 746.236 210
Cənub-Şərq Jakmel 2.034 632.601 310
Cənub Le-Ke 2.654 774.976 290

İstinadlar

  1. Press, redaktor"Organisation Territoriale des Collectivités" (PDF) (fransız). Commission nationale a la reforme administrative (CNRA). 2002-03. 2018-05-17 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-04-26.
  2. 1 2 3 Hall, Michael R., redaktor"Historical Dictionary of Haiti" (ingilis). 2012. səh. 78. ISBN 9780810878105. 2017-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-26.
  3. Duval, Frantz. "Le nouvel ordre géographique et administratif d'Haïti" (fransız). Le Nouvelliste. 2014-09-29. 2019-01-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-04-26.
  4. Duval, Frantz. "Le nouvel ordre géographique et administratif d'Haïti" (fransız). Le Nouvelliste. 2014-09-29. 2019-01-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-04-26.