Hakan Ünsal

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Hakan Ünsal
Ümumi məlumatlar
Doğum tarixi (45 yaş)
Doğum yeri Ayancık, Sinop, Türkiyə Türkiyə
Vətəndaşlığı Türkiyə Türkiyə
Boyu 178 sm
Mövqeyi sol cinah müdafiəçisi.
Əsas ayağı sol
Karyerası
Klub karyerası[* 1]
1993—1994 Türkiyə Karabükspor 26 (2)
1994–2002 Türkiyə Qalatasaray 166 (11)
2002 İngiltərə Blekbern Rovers 8 (0)
2002–2005 Türkiyə Qalatasaray 53 (1)
2005–2006 Türkiyə Çaykur Rizəspor 4 (0)
1993–2006 Cəmi 257 (14)
Milli yığma[* 2]
1993—2006 Türkiyə Türkiyə 33 (0)
Təltif və medalları
FİFA Dünya kuboku
Bürünc Yaponiya-Koreya 2002

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hakan ÜnsalTürkiyə milli futbol komandasınınQalatasaray klubunun sabiq oyunçusu. Hazırda TRT 1 kanalında şərhçi kimi fəaliyyət göstərir.

Karyerası

Futbola Sinopun Ayancıq Gəncliksporda başlamışdır. 1991-ci ildə Həvəskar liqada oynayan Əmlak Bankı Eyüpspora transfer olmuş və 2 il bu klubun şərəfini qoruduqdan sonra 1993-cü ildə Karabükspora keçmişdir. 1994-cü ildə Qalatasaraya transfer olduqdan sonra 2002-ci ili Blekbern Roversdə keçirərək yenə Qalatasaraya qayıtmışdır. 2005-ci ildə Çaykur Rizəspora keçdikdən sonra karyerasını bitirmişdir.

Oyun tərzi

Bir hücuma meyilli müdafiəçi olan Hakan Ünsal sol cinah boyunca oyuna hakim ola bilən futbolçu olmuşdur. Fiziki gücünə görə və "vəhşi" oyununa görə fərdi mübarizələrdə çox ayaq üstə qala bilmişdir. Məsələn, 2000-ci ildə UEFA Avropa Superkuboku uğrunda oynanılan Qalatasaray-Real Madrid oyununda topu meydanın mərkəzindən cərimə meydanına gətirərək komandasına penalti qazandıra bilmişdir.

Karyerasından sonra

Karyerasına bitirdikdən sonra futbol şərhçisi kimi işləməyə başlamışdır.

Uğurları

Klubda

Milli komandada

İstinadlar

Xarici keçidlər