Hibrid çatıotu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Hibrid çatıotu
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Hibrid çatıotu
Beynəlxalq elmi adı
  • Abutilon ×hybridum

Təbii yayılması:

Vətəni Cənubi Amerikadır.

Botaniki təsviri:

Hündürlüyü 2 m-ə qədər olan, müxtəlif növlərin çarpazlaşması nəticəsində alınan, çox budaqlanan həmişəyaşıl koldur. Yarpaqları iri, ağcaqayınşəkilli, kənarı dişli, açıq yaşıl rənglidir. Yarpaqları növbəli, yumurtaşəkilli və ya ürəkşəkilli, ucu biz, üç-beş hissəli, kənarları dişli, yumşaq tüklü, yaşıldır. Bəzi bağ formalarında yarpaqları sarımtıl-yaşıl, uzun saplaqlıdır. Çiçəkləri yarpaq qoltuğunda yerləşir, iri, uzun çiçək saplaqlarında sallanan, kasaşəkilli, rəngi ağ, sarı, çəhrayı və ya qırmızıdır. Kasacığı 5 dişlidir.

Ekologiyası:

Az miqdarda günəş şüalarına dözür. Suvarılma yazdan - payıza qədər bol, qışda isə az olmalıdır. İki həftədən bir yaz-yay aylarında maye gübrə verilir. Əkin üçün torpaq qarışığı yarpaq, çim, çürüntü və qum (1:2:1:0,5) qarışığından düzəldilir. Mənənə ilə yoluxa bilər.

Azərbaycanda yayılması:

Respublikanın bir çox bölgələrində park və bağlarda mədəni şəraitdə becərilir.

İstifadəsi:

Dekorativ xüsusiyyətlərinə görə Abşeronda yaşıllaşdırmada tək və qrup əkinlərində istifadə üçün əlverişlidir.

İstinadlar

Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine T.S.Məmmədov


Məlumat mənbələri

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. "Azərbaycanın Nadir Ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh.

İstinad

  • Флoрa Aзeрбaйджaнa. т.5. 1954; Флoрa Kaвkaзa. т.5. 1954;
  • Azərbaycanın ağac və kolları. I cild. 1961;
  • Azərbaycan flora-sının konspekti. I-III cildlər. 2005; 2006; 2008;
  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh