Hornblend

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Hornblend
Ümumi məlumatlar
Kateqoriya Mineral
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hornblend — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn.

Növ müxtəliflikləri

Mineraləmələgətirən komponentlərin miqdarının dəyişkənliyindən asılı olaraq çoxsaylı növ müxtəliflikləri vardır.

Xassələri

Rəng – açıq-yaşıldan tünd-yaşıla- və qarayadək; Mineralın cizgisinin rəngi – müxtəlif çalarlı yaşıl; Parıltı – şüşə, ipəyi (asbestdə); Şəffaflıq – qeyri-şəffaf, yarımşəffaf; Sıxlıq – 2,91-3,4; Sərtlik – 5,5-6; Kövrəkdir; Ayrılma – {110} üzrə 56° bucaq altında mükəmməl; Sınıqlar – pilləli-qeyri-hamar; asbestəoxşar əmələgəlmələrdə – tikanlıyadək; Morfologiya – kristallar: prizmatik, sütunvari, bəzən izometrik; İkiləşmə: {100} üzrə; sadə və polisintetik; Mineral aqreqatları: dənəvər, çubuq- və yelpikvari, şüalı, lifli, naziklifli kütlələr, avqit yaxud diopsid üzrə uralit adlanan psevdomorfozalar.

Mənşəyi və yayılması

Maqmatik hornblend intruziv süxurlarda – siyenit, diorit, qranodioritlərdə geniş yayılmışdır. Peqmatitlərdə də qeyd edilir. Mineralın bazaltik hornblend adlanan növ müxtəlifliyi əsasən effuziv süxurların tərkibində iştirak edir. Məxsusi amfibol süxurlarının – amfibolitlərin əsas süxurəmələgətirən mineralı və epidot-amfibol və qlaukofan şistlərinin mühüm tərkib hissəsi olan hornblend başqa metamorfik süxurlarda – qranulit, qneys və ekloqitlərdə də geniş yayılmışdır; Hornblendin yığınları kontakt-metasomatik əmələgəlmələrdə də qeyd edilmişdir. Birlikdə rast gəldiyi minerallar: qranat, epidot, hedenbergit, kalsit, xlorit, maqnetit, kvars və b. Mineralın tapıldığı yerlər: çoxsaylıdır. Azərbaycanda əsası və orta tərkibli intruziv əmələgəlmələrdə, Kiçik Qafqazın ofiolit qurşağının ultraəsasi süxurlarında, Daşkəsən rayonunun skarnlarında, Konqur-Alangöz intruzivində və s. qeyd olunur.

İstinadlar

Mənbə

  • Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.

Xarici keçidlər