Köçəri yaşayış yeri

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Köçəri yaşayış yeriNaxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Üstüpü kəndindən 7-8 kilometr şimalda XIV-XVII əsrlərə aid yaşayış yeri.

Tarixi

Yaşayış yerində dördkünc formalı tikintilərin qalıqları saxlanmışdır. Divarlar qaya parçalarından gil məhlulu istifadə olunmaqla inşa olunmuşdur. Yaşayış yerinin şimal tərəfində daşdan inşa olunmuş məscidin qalıqları var. Böyük bir qismi dağılmış yaşayış yerinin yerüstü əlamətləri itmişdir. Araşdırmalar zamanı yaşayış yerinin ərazisindən orta əsrlərə aid şirli və şirsiz keramika məmulatlarının parçaları aşkar olunmuşdur. Arxeoloji materiallara əsasən Köçəri yaşayış yerini XIV-XVII əsrlərə aid etmək olar[1].

İstinadlar

  1. "Naxçıvan abidələri ensiklopediyası", Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 222-223.