Köhnə Kotam qəbiristanlığı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Köhnə Kotam qəbristanlığıNaxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kotam kəndinin şərq tərəfində arxeoloji abidə.

Tarixi

Qəbirlər torpaqda qazılmış və qərb-şərq istiqamətinə yönəlmişdir. Bəzi qəbirlərin ətrafında dördkünc formalı daş düzümlərinə rast gəlinir. Baş daşlarının əksəriyyəti yonulmamış qaya parçalarından ibarətdir. Lakin qəbirlərin bir çoxunun baş daşları yonularaq dördkünc və tağvarı formada işlənmişdir. Bu tip baş daşlarında ərəb qrafikası ilə yazılmış kitabələr vardır. Kotam qəbiristanlığındakı qəbirlərin bir neçəsinin üstündə qoç daşlar olmuşdur. Arxeoloji və epiqrafık dəlillərə əsasən qəbiristanlığı 11-19 əsrlərə aid etmək olar[1].

İstinadlar

  1. "Naxçıvan abidələri ensiklopediyası", Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 227.