Kəloğlan (cizgi serialı, 2009)
Naviqasiyaya keç
Axtarışa keç
Kəloğlan | |
---|---|
Növ | teleserial |
Ölkə | |
Dil | türk dili |
IMDb | ID8309698 |
Kəloğlan türk. Keloğlan — TRT ÇOÇUK kanalında yayımlanan cizgi filmi.
Haqqında
Cizgi filmində düzgünlüyün, dürüstlüyün və yaxşılığın simvolu Kəloğlan və dostlarının başına gələn macəralardan bəhs olunur. Cizgi filminin ilk mövsümü "Biri varmış, biri yoxmuş. Kəloğlanın nağılları", 2-ci mövsümü "Kəloğlan", 3-cü mövsümü isə "Kəloğlan otağımda gizləndi" adı ilə yayımlanmışdır.
Kəloğlan
- Mövsüm sayı— 3
- Hissə sayı— 107
Quruluş
- Yayım şirkəti— Animax
Yayım Məlumatları
- Kanal— TRT ÇOCUK, TRT TÜRK.
- Yayım Tarixi—2009-2013
- Vəziyyəti— Keçmiş hissələri Televiziyada yayımlanır.
Obrazlar
Obraz | Məlumat |
---|---|
Kəloğlan | Əzmli və dürüst bir uşaqdır. Bilgəcan Dədədən həmişə bir şeylər öyrənir. Yöndəmsiz biri olsa da yaxşı uşaqdır.
Şahzadə adında bir danışan kirpisi var. |
Balqız | Kəloğlanın sevdiyi dostudur. Sarı saçlıdır. Əmisi sehrbazdır. |
Qara | Kəloğlanın Dostudur. cəlddir. Milçək və İnadkarla dava edir. Yaxşı Futbol oynayır. |
Sivri | Həmişə dostu Qara ilə balıq tutmağa gedir. Kənddə çox çalışır. Kəloğlanın ən yaxşı dostudur. |
Hörüklü | Çox qorxaq biridir. Narıncı saçlıdır. |
Milçək | Özü pisdir. Hamıya hiylə edir. Kəloğlana nifrət edir. |
İnadkar | Adından da göründüyü kimi inadkardır. Milçəyə plan qurmaqda kömək edir. |
Tumurcuq | Milçəyin dostudur. Balqıza çox lağ edir. |
Uzun | Oğrudur. Huysuzla dostdur. Yeməyi çox sevir. Bir dəfə Kəloğlanla dost olmuşdur. Uzun boyludur. Yarım ağıllıdır. |
Huysuz | Pulu və qızılı çox sevir. Oğrudur və hamını qarət edir. Uzunla dostdur. |
Bilgəcan Dədə | Çox ağıllıdır. Kitab oxumağı çox sevir. Uşaqlara bilmədikləri məsələlərdə məsləhətlər verir. Bəzən bəzi şeyləri unudur. İxtiraları var. |
Küpə girən qarı | Bir ifritədir. Bilgəcan Dədəyə nifrət edir. Sehrli qüvvələrini geri qazanmaq üçün hamıya cadu edir. |
Qara Vəzir | Kəloğlan və dostlarının düşmənidir. Küpə girən qarıya həmişə kömək edir. |
İxtiraçı | Qara Vəzirin sağ qoludur. Qara Vəzirə ixtiralar edir. Çox ağıllıdır. |
Kirpi Şahzadə | Danışan bir kirpidir. |
Kəloğlanın anası | Kəloğlanı hər zaman qoruyur. Əsəbiləşəndə yüksək səslə bağırır. |