Kamil Şixmuradov

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Kamil Şixmuradov
Şəxsi məlumatlar
Doğum tarixi 25 dekabr 1978(1978-12-25)
Doğum yeri
Vəfat tarixi 6 noyabr 2020(2020-11-06) (41 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycan Azərbaycanlı,Qrızlı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 1997 - 1999 / 2014 - 2020
Rütbəsi Baş çavuş
Döyüşlər
Təltifləri "Azərbaycan Bayrağı" ordeni — 2020 "Vətən uğrunda" medalı — 2020 "Füzulinin azad olunmasına görə" medalı — 2020 "Cəbrayılın azad olunmasına görə" medalı — 2020 "Qubadlının azad olunmasına görə" medalı — 2020"Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı

Kamil Şixəmməd oğlu Şixmuradov (25 dekabr 1978, Xudat, Xaçmaz rayonu6 noyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi.[1][2]

Həyatı

Kamil Şixmuradov[3][4] 25 dekabr 1978-ci ildə Xaçmaz rayonu Xudat şəhərində anadan olmuşdur.[5]

Hərbi xidməti

Aprel döyüşlərində iştirakı

2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşlərində hücum edən bölmələrin mühəndis təminatını həyata keçirərək iştirak etmişdir.

İkinci Qarabağ müharibəsində iştirakı

27 sentyabr 2020-ci il tarixdə başlamış İkinci Qarabağ müharibəsi zamanı döyüş əməliyyatlarının ilk dəqiqələrindən Füzuli rayonunun Alxanlı kəndi istiqamətindən hücuma keçəcək Azərbaycan Silahlı Qüvvələrinin birlik və birləşmələri üçün düşmənin minalanmış sahələrindən, dərmir-beton maneələrindən və torpaq sədlərindən keçidlərin açılmasında bilavasitə iştirak etmişdir.

6 noyabr 2020-ci il tarixdə Qubadlı-Laçın istiqamətində gedən şiddətli döyüşlər zamanı, düşmən arxasına sızmağa çalışan kəşfiyyat qruplarına keçid açdıqdan sonra, məruz qaldıqları düşmənin artilleriya atəşi nəticəsində aldığı ağır bədən xəsarətlərindən döyüş meydanında həlak olmuşdur.[6] 7 noyabr 2020-ci il tarixində yağışlı bir payız günündə, izdihamlı keçən dəfn mərasimi ilə xalqın atəşli şüarları altında Xaçmaz rayonunun Fərzəlioba kənd qəbiristanlığında sonuncu yolculuğuna uğurlanmışdır.[7]

Mülki və hərbi təhsili

  • 1985-ci ildən 1994-cü ilədək Xudat şəhər 3 nömrəli orta məktəbində təhsil almışdır (9-cu sinifədək).
  • 1994-cü ildən 1997-ci ilədək Xaçmaz rayon peşə liseyində təhsil almış və "rəngsaz-suvaqçı" peşəsi üzrə tam kursunu bitirmişdir.
  • 17 aprel — 07 iyun 2014-cü il tarixlərdə 212 nömrəli hərbi hissənin nəzdində müddətdən artiq həqiqi hərbi xidmət hərbi quluqçuların hazırliği kursunu "mühəndis" ixtisası üzrə bitirmişdir.

Mülki və hərbi fəaliyyəti

  • 1997-ci ilin iyul ayında SHXÇDX[8] Xaçmaz rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır.
  • 1997-ci ildən 1999-cu ilədək Naxçıvan Muxtar Respublikasında 940 nömrəli hərbi hissədə "sürücü-elektrik" vəzifəsində xidmət etmişdir.
  • 1999-cu ilin fevral ayından iyul ayınadək Naxçıvan Muxtar Respublikasında 216 nömrəli hərbi hissədə "atıcı" vəzifəsində xidmət etmiş və müddətli həqiqi hərbi xidmətini başa vuraraq ehtiyata buraxılmışdır.
  • 2004–2008-ci illərdə "Azərbaycan Dəmir Yolları" QSC-nin Təhlükəsizlik Xidmətinin Yalama Yüklərin və Obyektlərin Təhlükəsizliyi komandasında "atıcı" vəzifəsində çalışmışdır.
  • 17 aprel 2014-cü ildən 6 noyabr 2020-ci ilədək Müdafiə Nazirliyinin 342 nömrəli hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmətə daxil olaraq "mühəndis" ixtisası üzrə "manqa komandiri" və "taqım komandirinin müavini-manqa komandiri" vəzifələrində xidmət etmişdir.

Ailəsi

Ailəli idi, bir oğlu və qızı var.[9][10]

Təltifləri

İstinadlar

  1. Xanım Aydın. "Vəsiyyəti "oğlumu vətənpərvər böyüt" olan şəhid". ArtKASPİ. 09.01.2021. 2021-06-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13.06.2021.
  2. Mehman Sıxmuradov. "Xaçmaz şəhər Şəhidlər xiyabanı". Facebook. 28.05.2021. 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13.06.2021.
  3. Məmməd Qədir. "Rayonun bütün şəhidlərinə tək-tək şeir həsr edildi". BAYRAQDAR. 20.04.2021. 2021-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13.06.2021.
  4. Mehman Sıxmuradov. "Kamil Şixəmməd oğlu (şair Məmməd Qədir)". Facebook. 13.06.2021. 2021-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13.06.2021.
  5. Şahanə Müşfiq. "Əbədiyyətdəki əziz ünvanlarımız - Şəhidlər ölməz, Vətən bölünməz!". 525-ci qəzet. 28.01.2021. 2021-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13.06.2021.
  6. Kamil Həmzəoğlu. "İkinci Vətən Müharibəsi: Xaçmazın Dastan yazan Şəhidləri". EtikXəbər. 14.12.2020. 2021-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13.06.2021.
  7. kerim kazımov. "Şəhid Kamil Şıxmuradov". Youtube. 15.11.2020. 2021-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13.06.2021.
  8. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytı. "Şəhidlərimiz". SHXÇDX. 2021-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13.06.2021.
  9. "İkinci Qarabağ İkinci Qarabağ müharibəsinin Xaçmaz Şəhidləri". 2021-06-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13.06.2021.
  10. Aytən Şixmuradova. "@sehidim.kamil.sixmuradov". İnstagram. 26.04.2021. İstifadə tarixi: 13.06.2021.
  11. E-qanun saytı. ""Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası). 29.12.2020. 2021-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13.06.2021.
  12. Azərbaycan Respublikasının Prezidenti saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı". president.az. 15.12.2020. 2020-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13.06.2021.
  13. Azərbaycan Respublikası Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13.06.2021.
  14. Azərbaycan Respublikası Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 29.12.2020. 2021-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13.06.2021.
  15. Azərbaycan Respublikası Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 05.11.2022-ci il tarixli Sərəncamı". www.president.az. 17.11.2022. 2022-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-17.
  16. Azərbaycan Respublikası Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 05.11.2022-ci il tarixli Sərəncamı". www.president.az. 17.11.2022. 2022-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-17.