Karaduset

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Karaduset (ܟܐܪܐܕܣܛ) — Sasani şahı I Qubad (488–496/498–531) dövründə Nestorian Arran yepiskopu. İqamətgahı Bərdədə idi. Haqqında çox məlumat yoxdur.

Fəaliyyəti

I Qubad 497-ci ildə hakimiyyətdən devrilərək Ağ Hunların yanına qaçarkən yanında iki nestorian keşiş — Reş-Aynalı Yohanna və Dabbağçı Toması da özü ilə aparmışdı. Daha sonra Karaduset də özü ilə 4 keşiş götürərək onlara qoşuldu. Karaduset Ağ Hunların arasında missionerlik fəaliyyəti aparırdı. O burada 7 il qalmış, Hun dili üçün yazı icad etmişdi.[1]

İstinadlar

  1. Samuel Hugh Moffett, A History of Christianity in Asia, Vol. I: Beginnings to 1500, 1998