Kelvin Qasımov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Kelvin Qasımov
Elvin Qasımov
Doğum tarixi (35 yaş)
Doğum yeri Bakı şəhəri
Fəaliyyəti Fotoqrafiya
Fəaliyyət illəri 2010 - hal-hazırda

Həyatı

Elvin Fuad oğlu Qasımov 1 avqust 1988-ci ildə Bakı şəhərində anadan olmuşdur. Fotoqraflığa həvəsi uşaqlıqdan yaranmışdır, səbəbi isə atası Fuad Qasımovun həvəskar fotoqraf olması idi. 2017-ci ildə ailə həyatı qurmuşdur və bu evlilikdən David adında oğlu vardır.

Bioqrafiyası

2008-2009-cu illərdə Belarusda yerləşən Minsk Foto Məktəbində və 2009-2010-cu illərdə isə Ukraynanın Kiyev Foto Məktəbində təhsil almışdır. Peşəkar fotoqraflığa 2010-cu ildə Kelvin Qasımov[1] adı ilə başlamışdır. 2012-ci ilin fevralında YouTube kanalı açmışdır. Hal hazırda 1,48 min abunəyə sahibdir. Toplamda 361 milyon baxış almışdır.

Yaradıcılığı

Üstünlük verdiyi janrlar: Jurnalistika, toy jurnalistikası, portret, street. Sevdiyi dəstixət sürrealizmdir. Ən çox çalışdığı janr toy foto jurnalistikasıdır. Toy fotojurnalistikasından əlavə Kelvin Qasımov digər layihələrə də imza atmışdır:

2013-cü ildə Bakıda "Şəhəri təmiz saxlayaq" adlı layihə

2020-ci ildə Moskvada "Heyvanları qoruyaq"[2] adlı layihə

Həmçinin "#wearegullivers"[3] layihəsinin müəllifidir.

Ən son layihəsi isə aparıcı Zümrüd Bədəlova ilə birlikdə etdiyi stop-motion çəkilişidir.[4] [5]

Azərbaycanda 3 dəfə masterklas keçirib və aralarında əcənəbi fotoqraflar da olmaqla 100-dən artıq fotoqrafa sertifikat təqdim etmişdir.

İtaliya, Almaniya, Fransa, Belçika, İsveçrə, İspaniya, Portuqaliya, İsveç, Monako, Yunanıstan, Türkiyə və bir çox MDB ölkələrində müxtəlif çəkilişlər etmişdir.

Uğurları

Mükafatları: GRADAC Photo Group İnternational, Autumn Circuit 2018: GRADAC PGİ Bronze medal[6]

Xarici keçidlər

Facebook səhifəsi

İnstagram səhifəsi

Youtube kanalı

İstinadlar

  1. "Arxivlənmiş surət". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-05.
  2. "Arxivlənmiş surət". 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-05.
  3. https://www.instagram.com/gulliversss/
  4. "Arxivlənmiş surət". 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-05.
  5. "Arxivlənmiş surət". 2020-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-05.
  6. "Arxivlənmiş surət". 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-05.