Kimyəvi kinetika

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Kimyəvi kinetika — kimyanın əsas sahələrindən biri olub, kimyəvi reaksiyaların sürətinin və onun müxtəlif amillərindən — reaksiyaya daxil olan maddələrin qatılığından, temperaturdan, təzyiqdən (qazlar üçün), katalizatorların təsirindən və s. asılılığı öyrənir.

Reaksiyanın sürəti

Kimyəvi reaksiyaların hamısı eyni sürətlə getmir. Bəzi kimyəvi reaksiyalar çox böyük sürətə malik olduğundan , demək olar ki, ani vaxtda başa çatır. Məsələn, partlayıcı maddələrin reaksiyası saniyəönin on mində bir hissəsi ərzində qurtarır. Bununla yanaşı elə reaksiyalar da vardır ki, onların axıra çatması üçün saatlar, sutkalar və hətta illərlə vaxt lazım olur.

Kimyəvi reaksiyanın sürəti hər şeydən əvvəl reaksiyaya daxil olan maddələrin təbiətindən və həmçinin onların qatılığından, temperaturdan, katalizator istirakından və s.-dən asılıdır. Bu sürəti vahid həcmdə (homogen sistemdə) zaman vahidi ərzində cərəyan edən reaksiya həcmi ilə ölçülür. Daha dəqiq deyilərsə, reaksiyanın sürəti reaksiyaya daxil olan və ya reaksiya nəticəsində əmələ gələn maddələrin qatılığının (əsasən mol/l-lə) zaman vahidi (dəqiqə və ya saniyə) ərzində dəyişməsi ilə xarakterizə olunur.

Mənbə

  • Z.Qarayev "Qeyri-üzvi kimya", Maarif-1975