Konsensus

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Konsensus məqsədilə toplaşmış insanlar.

Konsensus (lat. consensus razılıq, ümumi rəy deməkdir) — beynəlxalq konfranslarda, müşavirələrdə və təşkilatlarda qərarın və ya müqavilənin mətninin iştirakçıların ümumi razılığı ilə formal səsvermə

keçirilmədən razılığa gəlməsi. Məsələn Avropada Təhlükəsizlik və əməkdaşlığa dair müşavirənin (1975) yekun aktı konsensusla qəbul olunmuşdur. Konsensus dövlətlər arasında razılığın əldə edilməsində böyük rol oynayır.
  • Mübahisəli məsələ üzrə razılığa gəlmə;
  • Əməliyyatın, fəaliyyətin keçirilməsi şərtləri üzrə onlarda maraqlı olan bir çox tərəf arasında əldə edilmiş razılıq;
  • Beynəlxalq konfranslarda, müşavirələrdə və təşkilatlarda qərarın, yaxud müqavilənin mətninin iştirakçıların ümumi razılığı ilə formal səsvemə keçirilmədən qəbul edilməsi.

Ədəbiyyat

  • R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.

Xarici keçidlər