Konstantin Arxipçikov

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Konstantin Arxipçikov
Şəxsi məlumatlar
Doğum tarixi 1888
Vəfat tarixi 1952

Konstantin Yakovleviç Arxipçikov[a] (rus. Константин Яковлевич Архипчиков; 18881952) — RusiyaSSRİ hərbi xadimi, general-mayor. Birinci Dünya, Rusiyada vətəndaş, SSRİ–Finlandiyaİkinci Dünya müharibələrinin iştirakçısı olmuşdur.

Həyatı

Konstantin Yakovleviç Arxipçikov 5 may 1888-ci ildə Rusiya imperiyasında, Kostroma quberniyasının Yuryevets mahalının Kosolapika kəndində (indiki İvanovo vilayətinin Puçejski rayonu) anadan olmuşdur.

Arxipçikov 1909-cu ildən Rusiya İmperator Ordusunda xidmət etmişdir. O, 37-ci Yekaterinburq piyada alayının tərkibində 7-ci rotanın baş serjantı, sonra 10-cu piyada diviziyasının 16-cı rotasının çavuş mayoru və leytenantı kimi Birinci Dünya müharibəsində iştirak etmişdir. Arxipçikov1909 döyüşlər zamanı dörd dərəcəli Müqəddəs Georgi xaçı və üç Georgi medalı ilə təltif edilib.

Arxipçikov 1918-ci ildə Qızıl Ordu tərəfinə keçmişdir. O, 1920-ci ildən Kikvidze adına 16-cı atıcı diviziyasının 48-ci Nırnenski atıcı alayının komandiri olmuşdur. Arxipçikov 1922-ci ilin iyunundan həmin diviziyanın 46-cı Novqorod atıcı alayının komandiri olmuşdur.

Arxipçikov 1925-ci ildə Komintern adına Qırmızı Ordunun "Vıstrel" komandanlığı üçün atıcılıq və taktiki təkmilləşdirmə kurslarını bitirmişdir.

Arxipçikov 1938-ci il martın 15-dən Arxangelsk vilayətinin hərbi komissarı,[1] 1940-cı il iyulun 11-dən isə Latviya SSR hərbi komissarı olmuşdur. O, Sov.İKP XVIII qurultayının nümayəndəsi idi.[2] Arxipçikov III Vilayət Partiya Konfransı tərəfindən seçilmiş Bolşeviklərin Ümumittifaq Kommunist Partiyası Arxangelsk Vilayət Komitəsinin üzvü olmuşdur.[3]

Arxipçikov 1941-ci ildə həbs olunmuşdur. 1942-ci il fevralın 21-də Şimal-Qərb Cəbhəsinin Hərbi Tribunalı tərəfindən təqsirli bilinərək mükafatlarından məhrum edilmiş, 10 il müddətinə əmək düşərgələrinə məhkum olunmuşdur.

Konstantin Arxipçikov 1952-ci ildə vəfat etmişdir. Mənbələr təqaüdə çıxma tarixini 1956-cı il göstərir.

Mükafatları

Rusiya imperiyasının mükafatları:
  • I dərəcəli Müqəddəs Georgi xaçı
  • II dərəcəli Müqəddəs Georgi xaçı[4]
  • III dərəcəli Müqəddəs Georgi xaçı
  • IV dərəcəli Müqəddəs Georgi xaçı
  • II dərəcəli Müqəddəs Georgi medalı
  • III dərəcəli Müqəddəs Georgi medalı
  • IV dərəcəli Müqəddəs Georgi medalı
  • "Zəhmətkeşliyə görə" medalı
SSRİ mükafatları:
  • "Qırmızı ulduz" ordeni (20.05.1940)[5]
  • "Hərbi xidmətlərə görə" medalı (1938)
  • "Fəhlə və Kəndli Qırmızı Ordusunun XX illiyi" yubiley medalı (1938)

Qeydlər

  1. Sənədlərdə Arxipçik (rus. Архипчик) kimi də rast gəlinir.

İstinadlar

  1. Деятельность военного комиссариата в довоенный период (1922—1941 годы) // Правительство Архангельской области[ölü keçid]
  2. "Газета «Сталинец» (Архангельск), № 26 (267) от 5 марта 1939 г." (PDF). 2022-10-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-10-25.
  3. "Газета «Сталинец» (Арханельск), № 30 (401) от 18 марта 1940 г." (PDF). 2022-10-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-10-25.
  4. "Архипчик Константин Яковлевич. Георгиевский крест II-й степени (Солдатский). Документы о награждениях // 1914/1918 Памяти героев Великой войны". 2022-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-25.
  5. "Архипчиков Константин Яковлевич. Орден Красной Звезды. Наградной документ // Память Народа". 2022-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-25.

Əlavə ədəbiyyat

Xarici keçidlər