Koramaz

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Koramaz — çiy südlə qatığın qarışığından ibarət ağartı, yaxud sərinləşdirici içki[1].

Ənənəvi sərinlədici içkilərin az təsadüf edilən tipoloji növlərindən biri də südə qatıq qarışdırmaq yolu ilə hazırlanan koramaz (körəməz) olmuşdur. Turşməzə tama malik olan və bir növ məzəiçkisi sayılan koramaz (körəməz), əsasən isti yay aylarında düzəldilib içilirdi. Koramaz (körəməz) Azərbaycanın qərb bölgəsində daha geniş yayılmışdı[2].

Həmçinin bax

İstinadlar

  1. Azərbaycan dilinin izahlı lüğəti, Dörd cilddə. Şərq-Qərb Nəşriyyatı, Bakı 2006. II cild, səh.736.
  2. Arif Mustafayev, Azərbaycanın maddi mədəniyyət tarixi. «Bakı Universiteti» nəşriyyatı , Bakı-2009, səh 189.