Kordiyerit

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Kordiyerit
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
Mg₂Al₄Si₅O₁₈
Strunz təsnifatı VIII/E.12[1]
Xüsusiyyətləri
Kristalloqrafik sinqoniya rombik[d][2]
Zolaq rəngi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kordiyeritmineral, Al3Mg2 [AlSi5O18]. Mg Fe-la əvəz olunması adi haldır.

Haqqında

Kordiyerit - rombik, psevdoheksaqonal- aşağı temperaturlu b-kordiyerit. Kordiyerit yüksək temperaturlu polimorf modifikasiyası - heksaqonal, indialit. Kordiyerit indialitə keçid 600-8300 C-də baş verir. Habitus prizmatik. İkiləşmə {110} və {130} üzrə sadə, polisintetik, sektorial üçlüklər və altılıqlar. Ayrılma {010} üzrə orta, {001} və {100} üzrə qeyri-mükəmməl. Aqreqat: dənəvər. Rəngi bozumtul-abı, göy. Sərtliyi 7. Xüsusi çəkisi 2,53-2,78. Muskovit, xlorit və pinitə keçir. Termiki metamorfizmə uğramış gilli-qumlu çöküntülərdə, regional metamorfizmin yüksək pilləli süxurlarında, qranitpeqmatitlərdə rast gəlinir. Növ müxtəlifliyi: ferrokordiyerit. Sinonim: İolit, Dixroit.

İstinadlar

  1. Ralph J., Nikischer T., Mineralogy H. I. o. Cordierite // Mindat.org (ing.): The Mineral and Locality Database. [Keswick, VA], Coulsdon, Surrey: 2000.
  2. mineralienatlas.de (ing.).

Mənbə

  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.