Kosovo və Metohiya muxtar vilayəti

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Kosova ve Metohiya muxtar vilayəti
serb. Аутономна Покрајина Косово и Метохија

42°40′ şm. e. 21°10′ ş. u.


Ölkə Serbiya Serbiya
İnzibati mərkəz Priştina
Tarixi və coğrafiyası
Yaradılıb 28 sentyabr 1990
Sahəsi 10 939 km²
Saat qurşağı UTC+1 (yayda— UTC+2)
Əhalisi
Əhalisi
  • 1.808.195 nəf. (2018)
Rəsmi dillər albanserb
Rəqəmsal identifikatorlar
ISO kodu RS-KM
Kosova ve Metohiya muxtar vilayəti xəritədə
Kosova ve Metohiya muxtar vilayəti xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kosova ve Metohiya muxtar vilayəti  (serbcə Аутономна Покрајина Косово и Метохија / Autonomna Pokrajina Kosovo i Metohija; , qısa olaraq— Косме́т (Kosovo və Metohiya sözlərindən) — Serbiyada inzibati vahid. 2006-cı ildə Serbiya və Çernoqoriya və 2003-cü ildə Yuqoslaviya Federal Respublikasının dağılmasından əvvəl həmin dövlətlərdə Serbiya tərkibində muxtariyyət kimi gedirdi. 1990-cı ildə Kosovo sosialist muxtar diyarının dağılmasından sonra yarandı.[1] Faktiki olaraq Kosovo və Metohiyanın ərazisinin böyük hissəsinə 1990-cı ildən de-fakto mövcud olan və qismən tanınan Kosovo Respublikası nəzarət edir.

İnzibati bölgüsü

Kosova ve Metohiya muxtar vilayətin sahəsi 10 939 km², bu Serbiyanın ümumi ərazisinin 12,4% -ni təşkil edir. Kosovo Respublikasının inzibati bölgüsü 7 dairədən ibarətdir, muxtar vilayəti isə ondan fərqli olaraq 5 dairəyə bölünüb: Kosovo (3 117 km² və 10 bələdiyyə), Peç (2 450 km² və 5 bələdiyyə), Prizren (1 910 km² və 4 bələdiyyə), Mitroviça dairəsi (2 050 km² və 6 bələdiyyə), Kosovo-Pomoravski dairələri (1 412 km² və 4 bələdiyyə). Vilayətin tərkibində 1449 yaşayış məntəqəsi yerləşir. Onlardan 26-sı şəhər tipli yaşayış məntəqələridi.[2]

İstinadlar

  1. United Nations Publications. Yearbook 1999 Arxivləşdirilib 2018-07-17 at the Wayback Machine. — United Nations Publications, 2008. — С. 94. — 274 с. — ISBN 9211567068.
  2.  Косово и Метохија Arxivləşdirilib 2012-02-14 at the Wayback Machine (serbcə)