Lansetşəkilli sorucu

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Lansetşəkilli sorucu
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Lansetşəkilli sorucu - lat. Dicrocoelium lanceatum Yastı qurdlar (Plathelminthes) tipinin növüdür.

Xarici quruluşu

Bədəni yastılaşmış, lanset formasındadır. Uzunluğu 5–12 mm, eni isə 1-1.5 mm-dir. Bədənin ön hissəsində ağız sormacı, ondan dal tərəfdə isə qarın sormacı yerləşmişdir. Ağız sormacının dərinliyində ağız dəliyi yerləşir və odur ki, ağız sormacı həzmlə əlaqəlidir. Həzm sistemi ağızla başlanır.

Yayılması

Avropa ölkələrinin cənub və şərq hissələrində daha çox yayılmışdır.

Həyat tərzi

Parazit həyat tərzi keçirirlər. Müxtəlif məməli heyvanların, xüsusilə iribuynuzlu heyvanların qoyun və keçilərin. Bir çox gəmiricilərin, it və s. heyvanların qaraciyərində parazitlik edir. Bu qurd insanlarda da parazitlik edir.

Çoxalması və İnkişafı

Cinsi sistem hermafroditdir. Yumurtalarını yaşadıqları sahibin öd axarlarına tökür[1]. Yumurtalar bağırsağa, oradanda nəcislə otlaqlara düşür.[2]. Sporsistada partenogenez yolla yüzlərlə serkarilər inkişaf edir. “Onurğasızlar Zoologiyası”. Bakı,

Cinsi orqanlar sistemi

Erkək cinsi orqanlar sistemi bir cüt toxumluqdan, cüt toxumçıxarıcı kanaldan, tək toxum borusundan,toxum xaric edən kanaldan və cinsi əlaqə orqanından (sirrus) ibarətdir. Dişi cinsi orqanlar sisitemi tək yumurtalıq, toxumqəbuledicidən, sarılıqlardan, balalıqdan, ootipdən və s. orqanlardan ibarətdir.

Ədəbiyyatı

  • “Onurğasızlar Zoologiyası”. Bakı, “Təhsil”, 2008, 568səh;
  • V.A.Dogel “Onurğasızlar zoologiyası”. Bakı, “Maarif”, 1988, 288 səh.

İstinadlar

  1. “Onurğasızlar Zoologiyası”. Bakı, “Təhsil”, 2008, 568səh
  2. Yumurtalar burada quruda yaşayan qarınayaqlılar tərəfindən udulur. Yumşaqbədənlilərdə yumurtadan mirasidi sürfəsi çıxır. Sürfə kirpik örtüyünü itirir və sporsistaya çevrilir