Lavintəpə

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Lavintəpə — İranın Qərbi Azərbaycan ostanında, Zab hövzəsinin şimalında, Urmiya gölünün cənubunda yerləşir. Bu təpə təxminən 1.5 hektarlıq bir əraziyə və 15 m yüksəkliyə malikdir. Piranşəhrin 4 km şərqində yerləşir. Keçmişdə, təpə daha böyük idi, ancaq şimaldakı təpə kənd təsərrüfatı-mədəni fəaliyətlər səbəbi ilə dağıdılmışdır. Bir ön araşdırmanın səthi tapıntıları, Lavintəpənin neolit, eneolit və dəmir dövründə məskunlaşıldığını göstərir. Əlavə olaraq səthi araşdırmalara görə, Lavintəpə İranın şimal-qərbindəki tarix öncəsi dövrlərini və bundan əlavə Dalma mədəniyyətinin memarlıq üslubunu və keramikasını incələmək üçün uyğun bir yerdir.[1]

İstinadlar

  1. Excavation at Lavin Tepe in northwest Iran (ingilis). Tehran: Anes(49). 2012. 95–117. İstifadə tarixi: 2019-04-12.