LazerJet

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
LaserJet 500 Plus (model 2686D)

LazerJet (en. LaserJet) — HP (Hewlett-Packard) şirkətinin buraxdığı lazer printerlərinin seriyasıdır. Bu seriyadan olan ilk printer 1984-cü ildə təqdim olunub. Həmin model 300 dpi çözümlülüyü təmin edirdi, dəqiqədə 8 səhifə çap edirdi, qiyməti isə 3495 dollar idi. LaserJet seriyasından olan ilk rəngli lazer printeri 1994-cü ildə meydana çıxdı. 1998-ci ildə isə 4 funksiyanı (printer-üzçıxaran-skaner-faks) özündə cəmləşdirən НР LaserJet 3100 printeri kütləvi bazara buraxıldı. İstifadəçilərin rahatlığı üçün modellərin adlarında qurğunun funksiyalarını əks etdirən hərflərdən istifadə olunur:

• D – avtomatik ikiüzlü (dupleks) çap

• T – kağız üçün əlavə tabaq

• W – simsiz şəbəkə kartı

• N – 10/100Base-TX şəbəkə portu

• P – fərdi istifadə/kiçik işçi qruplar üçün printerlər

• M – Mac ilə uyumlu (PostScript modulunun olması)

• X – ikiüzlü çap və əlavə tabağı olan şəbəkə printeri (sonradan DTN ilə əvəz olunub).

Lazerli printerin işləmə prosesi.

Ədəbiyyat

  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

Həmçinin bax

Xarici keçidlər

1.HP Virtual Muzeyi - LazerJet printerlər'

2.Lazer printerləri necə işləyir (How Laser Printers Work)'