Ledebur zanbağı

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Ledebur zanbağı
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Ledebur zanbağı
Beynəlxalq elmi adı

Ledebur zanbağı (lat. Lilium ledebourii) — zanbaqkimilər fəsiləsinə aid bitki növü. IUCN  Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir - EN A2c; D. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri

Çoxillik  ot bitkisidir. Soğanaq oval və ya oval-yumurtavari, tünd-sarı, pulcuqludur. Gövdə hamar, 80-100 sm hündürlükdə, yarpaqlar xətvari və ya dar-xətvari, 10-12 sm uzunluğunda, enində, 3 ədəd qövsvari damarlıdır. Çiçəklərin çox hissəsi 1, bəzən 2-3 ağımtıl və ya sarımtıl, tünd-qırmızı nöqtəlidir. Yarpaqları neştərşəkilli və ya dar-neştərşəkilli, aşağı tərəfdən sıxılmış, orta hissəsi xaricdən burulmuşdur. Tozcuğu ağarmış sarı, qutucuq tırs-yumurtavari, altı qabarıq qanadlıdır.

Bioloji, еkoloji və fitosеnoloji xüsusiyyətləri

Çiçəkləmə iyun, mеyvə əmələgətirmə iyul ayına təsadüf edir. Soğanaqla və toxum vasitəsilə çoxalır. Orta dağ qurşağında, meşələrdə və kolluqlarda yayılmışdır. Mezoksеrofitdir. Geofit bəzək bitkisidir.

Yayılması

Lənkəranın dağlıq hissəsi.

Sayı və tеndеnsiyası 

İtmə təhlükəsi altında olan  yeganə lokaliteti mövcüddur, populyasiyanın sayı sürətlə azalır.

Məhdudlaşdırıcı amillər

Əhali tərəfindən yığılması və iqlimin dəyişilməsi azalma təhlükəsini yaradır.

Mühafizə tədbirləri

Mühafizəsi üçün xüsusi tədbirlər görülməyib. Yeni yayılma yerlərinin axtarılması vacibdir.

İstinadlar

Həmçinin bax