Lizbirt Mergel Yatağı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Lizbirt Mergel YatağıŞərur rayonu ərazisində, Naxçıvan şəhərindən 30 km şimal-qərbdə, Lizbirt çayının orta axınındadır.

Haqqında

Geoloji quruluşunda Üst Tabaşirin Kampan mərtəbəsinin mergel, əhəngli mergel və gilli mergel tərkibli karbonat-terrigen süxurları iştirak edir. Yatağın tektonik quruluşunda yerli əhəmiyyət daşıyan şimal-qərb. İstiqamətli antiklinal və sinklinal qırışıqlıq qeyd olunur. Sahəsi 3,5 km2, faydalı qatın orta qalınlığı 20,5 m- dir. Mergel, bəzi əlavələr edilməklə, sement istehsalına yararlıdır. Yatağın sənaye ehtiyatı 169 milyon tondur.

Mənbə

  • Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 290. ISBN 5-8066-1468-9.