Möcüzələr Akademiyası

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Möcüzələr Akademiyası
Janr Macəra Komediya
Rejissor Zaur Tahirsoy
Ssenari müəllifi Zaur Tahirsoy
Operatorlar Elvin Mikail, Oktay Abbaslı
İstehsalçı Azərbaycan Film Akademiyası
İlk baxış tarixi 29 dekabr 2022, CinemaPlus
Müddət 90 dəqiqə
Yaş həddi 6+
Ölkələr Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 2022
Rəng rəngli

Möcüzələr Akademiyası2022-ci ildə çəkilmiş Azərbaycan Film Akademiyası filmidir. Quruluşçu rejissor və ssenari müəllifi Zaur Tahirsoy və həyat yoldaşı Zəhra Tahirsoydur. Layihə Azərbaycan Film Akademiyası Postmodern Aktyorluq Məktəbi Uşaq Aktyorluq Məktəbinin tədris proqramı çərçivəsində ərsəyə gətirilib.

Məzmunu

Nağıllar aləminin mənfi personajları artıq xeyirlə mübarizədən yorulmuşdular. Nə illah edirdilərsə də mümkün olmurdu. Hər zaman xeyir qalib olurdu. Onlar fərqli çıxış yolları axtarırdılar. Gözəl Rapunzelin anası Hötel Manifisenta və Cəfər bir araya gəlib çox fikirləşib araşdırdılar. Nəhayət dünyanın varlığından xəbər tutdular. İllərlə dünyaya gəlmək üçün müxtəlif yollar axtardılar. Onlar bilirdilər ki, dünya ölümlüdür və dünyada xeyir hər zaman qəlib gəlmir. Cəfər düşünürdü ki, dünyada uşaqlar daha zəifdilər onlara asanlıqla qalib gələcəkdilər. Buna görə də müxtəlif sehrli güclərdən istifadə edərək onları dünyaya uşaq kimi göndərəcəkdilər. Nəhayət dünyaya bir portal açdılar. Portal Azərbaycan Film Akademiyasının teatr səhnəsinə açılır. Çünki tez-tez bu səhnədə nağıl qəhrəmanlarının hekayələri canlandırılırdı. Mənfi nağıl personajları ilə uşaqlar arasında güclü mübarizə başlayır. Görək dünyada kim qalib gələcək...

Filmin janrı

Film Macəra Komediya janrındadır.

Yaradıcı heyət

Quruluşçu rejissor: Zəhra Tahirsoy
Ssenari müəllifi: Zaur Tahirsoy
Quruluşçu operator: Elvin Mikail
Operator: Oktay Abbaslı
Montaj: Azflix Pro

Aktyor heyəti

Azərbaycan Film Akademiyası aktyor və aktrisa heyəti:
Həyat Məlikova
Nərmin Əhməd
Tamilla Həsənova
Nicat Əkrəm
Vüsal Dastan
Anar Əli
Həlimə Həsənli

və Azərbaycan Film Akademiyası, uşaq aktyorluq məktəbinin balaca aktyorları...

Çəkiliş yerləri

• Filmin çəkilişi Azərbaycan Film Akademiyasında aparılıb.

Həmçinin bax

İstinadlar

Xarici keçidlər