Məcid Hüseynov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Hüseynov Məcid Əli oğlu (d. 1912 - ö. 1974) — Azərbaycan iqtisadçısı, professor.

1934-1939-cu illərdə Gürcüstan Kənd Təsərrüfatı İnstitutunun meşəçilik fakültəsində təhsil almışdır. 1949-cu ildə Leninqrad Meşə Təsərrüfatı Elmlər Akademiyasında qiyabi aspiranturaya daxil olmuş, dissertasiya müdafiə edərək elmlər namizədi adına layiq görülmüşdür. Respublika İqtisadiyyatının inkişaf etdirilməsinə həsr edilmiş bir neçə monoqrafiyanın, kitabın, broşüranın, 30-dan çox elmi məqalənin müəllifidir.

1956-1960-cı illərdə AzXTİ-də kafedra müdiri, müdir müavini vəzifələrində işləmişdir. 1960-1963-cü illərdə kənd təsərrüfatı məhsulları istehsalı və tədarükü nazirinin müavini vəzifəsində çalışmışdır. 1963-cü ildən ömrünün sonuna kimi Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda baş elmi işçi, şöbə müdiri işləmişdir.[1]

İstinadlar

  1. Böyük İqtisadi Ensiklopediya II hissə