Məmməd Məmmədov (pambıqçı)

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Məmməd Məmmədov
Məmməd Rza oğlu Məmmədov
Doğum tarixi (108 yaş)
Doğum yeri Ağdam
Vəfat tarixi bilinmir
Milliyyəti azərbaycanlı
Fəaliyyəti aqronom, pambıqçı
Mükafatları Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni

Məmməd Rza oğlu Məmmədov (05.01.1916, indiki Ağdam rayonunun Mahrızlı kəndi) — Sosialist Əməyi Qəhrəmanı (1951).

Həyatı

Məmməd Rza oğlu Məmmədov 5 yanvar 1916-cı ildə indiki Ağdam rayonunun Mahrızlı kəndiində anadan olmuşdur.

1931–1971-ci illərdə Ağdam MTS-ində, Telman, Nizami və Orconikidze ad. kolxozlarda aqronom və sədr işləmiş, 1971-ci ildən Orconikidze adına kolxozun aqronomu olmuşdur.

Azərbaycan Kommunist Partiyasının 28-ci qurultayının nümayandəsi olmuşdur. 1950 ildən pambıqçılıq sahəsində yüksək əmək göstəriciləri əldə etmişdir. Sosialist Əməyi Qəhrəmanı (1951) adına layiq görülmüşdür. Oktyabr inqilabı və Qırmızı Əmək Bayrağı ordenləri ilə təltif edilmişdir[1].

İstinadlar

  1. "MƏMMƏDOV MƏMMƏD RZA OĞLU". 2013-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-31.