Mərkəzi, Qəza, Nahiyyə və Şəhər Hərbi Dairələri haqqında qanun

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Mərkəzi, Qəza, Nahiyyə və Şəhər Hərbi Dairələri haqqında qanunAzərbaycan Xalq Cümhuriyyəti Parlamentinin qəbul etdiyi (1919, 26 may) qanunlardan biri.

Haqqında

Qanuna əsasən, Azərbaycan Mərkəzi Hərbi Dairəsi Azərbaycan Xalq Cümhuriyyəti ərazisində hərbi mükəlləfiyyət işləri ilə məşğul olan ali idarə orqanı oldu. Onun başlıca vəzifəsi vətəndaşların hərbi xidmətə çağırılmasını və hərbi mükəlləfiyyətləri yerinə yetirməsini təşkil etmək idi. Mərkəzi Hərbi Dairənin sədri daxili işlər nazirinin müavini, üzvləri isə hərbi və ədliyyə nazirliklərinin nümayəndələri təyin olunmuşdular. Mərkəzi Hərbi Dairə yerlərdə hərbi mükəlləfiyyət işləri ilə məşğul olan qəza, nahiyə və şəhər hərbi dairələrinin işinə nəzarət edirdi.[1]

Həmçinin bax

İstinadlar

  1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 194. ISBN 9952-417-44-4.