Mərmər xul

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Mərmər xul
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Mərmər xul
Beynəlxalq elmi adı

Mərmər xulu (lat. Proterorhinus marmoratus) — Xanıyabənzərlər dəstəsinin bir nümayəndəsidir.

Morfoloji əlamətləri

Başının qalınlığı hündürlüyündən çoxdur. Başının uzunluğu bədəninin uzunluğuna 3,5-4,5 dəfə yerləşir. Bədəni gödəlmişdir və yanlardan basılmışdır. Başın hündürlüyü adətən enindən çoxdur. Burnu küt, yandan meyllidir. Qapaq sümüy çənələri eyni uzuznluqdadır. Alnının eni gözünün diametrindən azdır. Hiss kanallarının məsamələri aydın görünmür. Bədənin əsas rəngi qonur-boz, boz-sarı olur. Bədəninin yanlarında bir neçə köndələn tünd ləkələr yerləşir.[2]

Yayılması

Qara, Azov və Xəzər dənizlərində, eləcə də onların hövzələrinin şirin sularında geniş yayılmışdır. Azərbaycan sahillərində və respublikanın şirin su hövzələrində azsaylıdır. Kür çayında, Sarısu, Ağçala göllərində, İran sahillərindəki çayların aşağı hissələrində yayılmışdır.

Təsərrüfat əhəmiyyəti

Mərmər xul balığlarının heç bir təsərrüfat əhəmiyyəti yoxdur.

Ədəbiyyat

  1. Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s 140.
  2. Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 212 s.

İstinadlar

  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s 140.