Malayziya Həmkarlar İttifaqları Konqresi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Malayziya Həmkarlar İttifaqları Konqresi
Yaranma tarixi 1949
mtuc.org.my

Malayziya Həmkarlar İttifaqları Konqresi (malay Kongres Kesatuan Sekerja Malaysia) — Malayziyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Konqresin baş qərargahı Subanq Caya şəhərində yerləşir.

Tarixi

Malayziya Həmkarlar İttifaqları Konqresi 1949-cu ildə yaradılmışdır.

Fəaliyyətinin ilk illərində Malayziya Həmkarlar İttifaqları Şurası adlanırdı. Lakin 1958-ci ildə keçirilən qurultay zamanı qurumun adı dəyişdirilib və həmin vaxtdan etibarən Malayziya Həmkarlar İttifaqları Konqresi adını daşıyır.

Fəaliyyəti

Konqres bir çox aktual məsələləri hər zaman gündəmdə saxlayır və onların həlli istiqamətində fəal addımlar atır. Konqresin prioritet məsələləri iş yerlərinin yaxşılaşdırılması, minimal əməkhaqqının yaşayış minimumu səviyyəsinə uyğunlaşdırılması, qadınlara cəmiyyətdə xüsusi diqqət ayrılmasıdır.

Konqres hər il 7 Oktyabr layiqli əmək və 1 May zəhmətkeşlərin həmrəylik günlərində minlərlə işçinin iştirakı ilə kütləvi nümayişlər təşkil edir. Məhz konqresin gördüyü işlər nəticəsində Malayziyada iş rejimində dəyişikliklər olub. Yəni iş həftəsi 6 gündən 5 günə, gündəlik iş saatları isə 8-ə salınıb, minimal əməkhaqının həcmi artırılıb. Təşkilatın ölkənin iqtisadi həyatında da böyük rolu var.

Ali orqanı

Konqresin ali orqanı üç ildən bir keçirilən qurultaydır.

Tərkibi

Konqresin tabeçiliyində 23 təşkilat fəaliyyət göstərir. Onların sıralarında kənd təsərrüfatı, elektroenergetika, su, tikinti, xidmət, nəqliyyat, rabitə, dövlət işçiləri və digər həmkarlar ittifaqı təşkilatı var.

Hazırda 800 mindən çox üzvü var.

Rəhbərləri

Təşkilata Məhəmməd Xalid Atan rəhbərlik edir.

Xarici əlaqələri

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür.

Mənbə

Ədəbiyyat

  • International Centre for Trade Union Rights et al.,, redaktorTrade Unions of the World (6th). London, UK: John Harper Publishing. 2005. ISBN 0-9543811-5-7.

Xarici keçidlər

  • mtuc.org.my — Malayziya Həmkarlar İttifaqları Konqresinin rəsmi saytı