Maqnitorezistivlik

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Maqnitorezistivlik materialların xarici maqnit sahəsinin təsiri altında sistemin müqavimətinin dəyişməsi xassəsidir. Böyük maqnitorezistivlik effektinin kəşfi bərk maqnit çeviricilərinin inkişafına gətirib çıxardı. Bu çeviricilər tətbiqetmələrdə işlədilən çox baha naqilli çeviriciləri əvəz etdi.[1]

Bütün keçiricilər adi maqnitorezistivlik kimi qəbul edilən zəif maqnitorezistivlik xassəsi göstərir. Bu xassə çeviricilərdə istifadə etmək üçün çox zəif hesab olunur. Çox maqnit materiallar isə anizotropik maqnitorezistivlik kimi tanınan nisbətən böyük maqnitorezistivlik xassəsi göstərir. Adi maqnitorezistivlikdən fərqli olaraq bu xassədən çevirici texnologiyasında istifadə etmək mümkündür. Elmdə olan son yeniliklər tədqiqatçılara nanostrukturlu çoxlaylı qurğuların hazırlanmasına imkan verdi. Bu qurğularda rast gəlinən effektlər nəhəng maqnitorezistivlik və tunel maqnitorezistivliyi adlanır. Bu texnologiyaların üçündən də hal-hazırda istifadə olunur.[1]

İstinadlar

  1. 1 2 Albrecht Jander.Carl Smith. Robert Schenider. Magnetoresistive Sensors for Nondestructive Evaluation. səh 1. Korvallis 2005