Mazel Tov

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Ad günü pastası, "מזל טוב" (mazal tov), sözləri ilə

Mazel Tov (İvritcə/İdişcə: "מזל טוב", İvritcə: "mazal tov"; İdişcə: "mazel tov"; hərfi tərcümə "uğurlar") — İvrit dilində əhəmiyyətli hadisə barəsində təbrik çatdırmaq üçün istifadə edilən ümumi ifadə.

Tərcüməsi və istifadəsi

Mazel tov ifadəsinin ivrit dilindən hərfi tərcüməsi "uğurlar"dır. Amma buna baxmayaraq bu ifadə "uğurlar" kimi işlədilmir, əsasən Azərbaycan dilində işlənən "təbriklər" və "mübarəkdir" ifadələrinin məna qarşılığı kimi işlənir. Toy mərasimləri, dini bayramlar zamanı işlənən bu ifadə bəzən "Mazal tov" kimi də işlədilir. Ənənəvi yəhudi toyunda bəy ayağı ilə qab sındırandan sonra qonaqlar birlikdə "Mazel tov" deyərək təbriklərini ifadə etmiş olurlar.

İsraildə "Mazel tov" bütün əlamətdar hadisələr zamanı, o cümlədən ad günlərində, yeni sürücülük vəsiqəsi almaq, hərbi xidməti bitirmək münasibətilə işlənir.

Xarici keçidlər

  • Moss, Aron. ""Mazel tov" nə deməkdir?". Chabad.org. İstifadə tarixi: 14 sentyabr 2012.

Həmçinin bax