Meşə sərvətləri

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Meşə sərvətləri – iqtisadi və mədəni cəhətdən cəmiyyətin meşəyə olan tələbatını ödəmək üçün meşənin məhsulundan və faydalı xüsusiyyətindən istifadə edilir.[1]

Ümumi məlumat

Meşə sərvətlərinə oduncaq, texniki, ərzaq, yem, dərman bitkiləri, həmçinin meşənin qoruyucusu və ictimai əhəmiyyəti daxildir. Oduncaq sərvətləri-xidməti, səhiyyə və digər meşəqırma işləri vaxtı əldə edilir. Texniki sərvətlərə quttaperça, mantar qabığı, tinnidlər (gönü aşılamaq üçün), müxtəlif üzvi rəngləyicilər və s. aiddir. Meşənin ərzaq sərvətlərinə – meyvə, giləmeyvə, göbələk, qoz, yem otları, həmçinin vəhşi heyvan və quşlar daxildir. Bura həmçinin meşə ərazisində yerləşdirilən arıların məhsulu aid edilir. Yem sərvətlərinə meşə sahəsindən əldə edilən ot, çırpı, yem məqsədilə toplanan meyvələr (palıd qozası və s.) daxildir. Meşənin dərman sərvətləri farmakologiyada geniş istifadə olunur. Dərman preparatlarının 40%-dən çoxu dərman bitkilərindən hazırlanır. Preparatlar ot, ağac və kolların meyvəsindən, yarpaqlarından, qabığından və s. hazırlanır. Meşənin qoruyucu funksiyası onun torpağı sukülək eroziyasından, sellərdən, uçqundan, havasu hövzələrini çirklənmədən, insanheyvanları səs-küydən qorumasıdır. Meşənin ictimai əhəmiyyətinə onun rekreasiya, kurort, estetik xüsusiyyətləri daxildir.

Xarici keçid

Həmçinin bax

İstinad

  1. Məmmədov Q.Ş., Xəlilov M.Y. Ensiklopedik ekoloji lüğət Bakı 2008