Meşənin su rejimi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Meşənin su rejimi – atmosferqrunt sularının meşəyə daxil olması və onların meşə tərəfindən istifadə olunması, həmçinin suyun meşə daxilində və ondan kənarda hərəkət etməsini təyin edən hadisələrin məcmusu.[1]

Meşənin su rejimi

Meşənin su rejimi adətən konkret sahədə müəyyən dövr ərzində (əsasən bir il müddətində) atmosfer meşə bitkisi-torpaq sistemi daxilində su balansı ilə xarakterizə olunur. Yağıntının bir hissəsi meşə çətirləri arasındakı boşluqlardan keçib meşə döşənəyinə çatır, bir hissəsi isə ağaclar və aşağı yarus bitkiləri tərəfindən tutulub saxlanır. Meşə döşənəyinə və torpağın səthinə çatan suyun bir hissəsi sızaraq torpağın alt qatlarına gedir və ya səthi axım şəklində hidroloji şəbəkəyə daxil olur. Meşə altda torpaq çox məsaməli olduğundan və çox zəif donmaya məruz qaldığından suyu bitkinin və torpağın səthindən buxarlanma hesabına və desuksiya, sonra isə transpirasiya yolu ilə sərf edir. Meşə formasiyası ot və mədəni bitkilərə nisbətən potensial buxarlanma cəminin çoxluğu ilə xarakterizə olunur, bu meşənin özünün xassələrindən asılıdır.

Xarici keçid

Həmçinin bax

İstinad

  1. Məmmədov Q. Ş., Xəlilov M. Y. Ensiklopedik ekoloji lüğət Bakı 2008