Meteorololji müşahidə üsulu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Meteorololji müşahidə üsulu – meteoroloji kəmiyyətlərin ölçülməsi və atmosfer hadisələrinin qeydə alınması üsuludur. Meteoroloji kəmiyyətlərə havanın temperaturu və rütubətliyi, atmosfer təzyiqi, küləyin surəti və istiqaməti, buludların miqdarı və hündürlüku, yağıntıların miqdarı, istilik axınları və s. aiddir. Bunlara atmosferin xassələrini və ya atmosfer proseslərini birbaşa əks etdirməyən, lakin onlarla sıx əlaqəli olan aşağıdakı kəmiyyətləri də aid etmək olar: torpağın və suyun səth qatının temperaturu, buxarlanma, qar örtüyünün hündürlüyü və vəziyyəti, günəş parlaqlığının davamiyyəti və s. Atmosfer hadisələrinə tufan, çovğun, duman və bir sıra optik hadisələr aiddir. Ən tam və dəqiq müşahidələr meteoroloji və aeroloji rəsədxanalarda aparılır.[1]

İstinadlar

  1. Хргиан А.А. Физика атмосферы. М. 1986-328 с

Xarici keçidlər

SİNOPTİK METEOROLOGİYA[ölü keçid]