Mirabbas Aslanov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Mirabbas Aslanov
Aslanov Mirabbas Seyidağa oğlu
Doğum tarixi
Elmi dərəcəsi pedaqoji elmlər namizədi (1962)

Aslanov Mirabbas Seyidağa oğlu (d.1923) — filoloq, jurnalist, pedaqoji elmlər namizədi (1962), Beynəlxalq Padaqoji Akademiyanın həqiqi üzvü (1999).

Həyatı

Fəaliyyəti

Uzun müddət Hacıbəyovun həyatının və jurnalistlik fəaliyyətinin tədqiqi ilə məşğul olmuşdur. Bu haqda bir sıra məqalələr, 2 monoqrafiya "Ü.Hacıbəyov (Gənсlik illəri)", (1977) və "Üzeyir Hacıbəyov — jurnalist", 1985], "Üzeyir Haсıbəyov gündəlik yazmış olsaydı" elmi-kütləvi kitabını (1994) yazmışdır. Hacıbəyovun müxtəlif dövrlərdə yazdığı felyetonları toplayaraq "Ordan-burdan" başlığı ilə çap etdirmiş (1981), birсildlik "Seçilmiş əsərləri"nin (1985) tərtibçisi olmuşdur. "Üzeyir Haсıbəyov" biblioqrafiyasının (1976, 1985) müəlliflərindəndir[1]. C.Məmmədquluzadənin pedaqoji fəaliyyəti, *Molla Nəsrəddin" jurnalında xalq maarifi, təhsil, təlim və tərbiyə məsələlərinə dair məqalələr dərc etdirmişdir.

İstinadlar

  1. "Aslanov Mirabbas Seyidağa oğlu". 2020-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-21.

Mənbə

  • Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı: 2008, səh.51.