Miranşah piri

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Miranşah piriNaxçıvan Muxtar Respublikası Babək rayonunun Qaraqala kəndindənndən şərqdə, hündür təpənin ətəyində yerləşən ziyarətgah.

Tarixi

Pir vaxtilə qayanın təbii oyuğunda olmuş və daş inancı ilə bağlı olmuşdur. Pirin içərisi düzgün olmayan dördbucaqlı formaya malikdir. Onun içərisində müsəlman adəti ilə dəfn aparılmış iki qəbir vardır. Baş daşlarında yazı yoxdur. Hazırda pir bərpa olunmuş və onun üzərində müsəlman məscidlərinə bənzəyən monumental abidə tikilmişdir. Pirin içərisi sütunlu olub, əsasən, iki hissəyə bölünmüşdür. Pirin silindrik formalı iki minarəsi və günbəzi aypara təsvirləri ilə tamamlanmışdır. Pirin fasadında iki qapısı və üç pəncərəsi vardır. Onlar varımdai- rəvi tağlarla tamamlanmışdır. Azərbaycan xalqının qədim inancları və mifoloji görüşləri Miranşah pirini (e.ə. III-II) minilliklərə aid etməyə imkan verir[1].

İstinadlar

  1. "Naxçıvan abidələri ensiklopediyası", Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 304.