Mixail Qusman

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Mixail Qusman
rus. Михаил Соломонович Гусман
Doğum tarixi 23 yanvar 1950(1950-01-23) (74 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti jurnalist, tərcüməçi, televiziya aparıcısı, radioaparıcı[d]
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mixail Qusman (Mixail Solomonoviç Qusman; 23 yanvar 1950, Bakı) — SSRİ və Rusiya jurnalisti, tərcüməçi. Yuli Qusmanın kiçik qardaşı, "Qızıl çinar" beynəlxalq mükafatı laureatı (2018).

Həyatı

Mixail Qusman 23 yanvar 1950-ci ildə Bakı şəhərində hərbi həkim, Böyük Vətən müharibəsi illərində Xəzər Dəniz Donanmasının baş terapevti, polkovnik-leytnant Solomon Moiseyeviç Qusmanın ailəsində anadan olmuşdur. Anası Lola Yuliyevna Barsuk əvvəlcə aktrisa, daha sonra tərcüməçi, Azərbaycan Xarici Dillər İnstitutunun professoru olmuşdur.

1970 - Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu bitirmişdir.

1973 - Bakı Ali Partiya Məktəbini bitirmişdir.

1973-1986-cı illərdə - Azərbaycan SSR Gənclər Təşkilatları Komitəsinin sədr müavini (Bakı);

1986-1991-ci illərdə - SSRİ Gənclər Təşkilatları Komitəsinin informasiya şöbəsinin müdiri - mətbuat mərkəzinin rəhbəri;

1991-1995 - "Infomol" İnformasiya Əməkdaşlıq Baş İdarəsinin direktoru;

1995-1998-ci illərdə - ANKOM-TASS beynəlxalq analitik agentliyinin vitse-prezidenti;

1998-1999-cu illərdə - İTAR-TASS Beynəlxalq Əməkdaşlıq, İctimaiyyətlə Əlaqələr və Xüsusi Layihələr Baş İdarəsinin rəisi;

1999-cu ilin yanvar-noyabr aylarında - İTAR-TASS-ın baş direktor müavini;

1999-cu ilin noyabrından - TASS xəbər agentliyinin baş direktorunun birinci müavini (1 oktyabr 2014-cü ilədək - İTAR-TASS).

Mükafatları

  1. "Dostluq" ordeni — 22.01.2010[1]
  2. "Qızıl çinar" beynəlxalq mükafatı laureatı — 11.05.2018[2]
  3. "Şərəf" ordeni — 23.01.2020

Filmoqrafiya

  1. Qorxma, mən səninləyəm! 1919 (film, 2013)

İstinadlar

  1. "M.S.Qusmanın “Dostluq” ordeni ilə təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 22 yanvar 2010-cu il tarixli, 690 nömrəli Sərəncamı. Arxivləşdirilib 2020-07-08 at the Wayback Machine e-qanun.az  (az.)
  2. APA TV. "3 tanınmış şəxsiyyətə "Qızıl Çinar" mükafatı verildi" (az.). Youtube.com. 11.05.2018. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-11.