Moniezioz

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Moniezioz (lat. Monieziosis) — gövdeşən heyvanlarda helmint xəstəliyi.

Etiologiya

Moniezioz Moniezia cinsindən olan sestodların nazik bağırsaqla parazitlik etməsi nəticəsində baş verir. Parazitin uzunluğu 1–6 (bəzən 10) metrə çatır. İnkişafı xarici mühitdə yayılmış aralıq sahibi – oribatid gənələrinin iştirakı ilə gedir. Əsasən, quzu, çəpiş və buzovlarda bir yaşadək, bəzən də iki yaşında xəstələnir; mədə-bağırsaq pozğunluğu, arıqlama, sancı, qıcolma və s. müşahidə edilir. Moniezioz cavan heyvanların tələfatına səbəb olur.[1]

Müalicəsi

Antihelmintlərdən (qalay 2-arsenat, mis kuporosu məhlulu, fenasal və s.) istifadə etmək.[1]

Profilastikası

Cavan heyvanları yaşlılardan ayırıb mədəni otlaq və xəsilliklərdə otarmaq, quzulara otlaq dövründə mis kuporosu ilə duz qatışığı vermək, buzovları bordaq gəzinti sahələrində saxlamaq və s.[1]

İstinadlar

  1. 1 2 3 Мониезиоз // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 50.