Moxoroviçiç sərhədi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Moxo (Moxoroviçiç) səthi — materiklərdəokeanlarda Yer qabığı ilə mantiya arasında yerləşən xüsusi qatdır. Bu səthdə seysmik dalğalarrın sürəti sıçrayışla 6,4-dən 8 km/san-dək artır.[1]

1.Materik yer qabığı.2.Okean yer qabığı.3.Yuxarı mantiya.(Astenosfer) .4.Aşağı mantiya.5.Xarici nüvə.6.Daxili nüvə. A. Moxo səthi. B.Quttenber səthi. C.Lemann-Bullen səthi

Kəşf olunma tarixi

1909-cu ildə Balkan yarımadasında Zaqreb şəhəri yaxınlığında güclü zəlzələ baş verdi.Xorvat geofiziki Andriya Moxoroviçiç bu hadisə baş verən anda yazılmış seysmoqramı öyrənərkən təyin edir ki, təqribən 30 km dərinlikdə seysmik dalğaların sürəti əhəmiyyətli dərəcədə artır. Sonra başqa seysmoloqlar da təsdiq etdilər ki, buna bənzər hadisələr hər yerdə 30 km-ə yaxın dərinliklərdə baş verir.

Dərinliyi

Moxo səthinin dərinliyi Yer kürəsində fərqli fərqli ölçüyə malikdir.Okeanlarda onun dərinliyi daha az,materiklərdə isə daha dərindir. Orta hesabla litosferin səthindən 5 km-dən 75 km-ə qədər dərinlikdə yerləşir.[2]

Adlandırılması

Bu səthi ifadə etmək üçün xüsusi termin-Moxoroviçiç səthi(bəzən bunu sərhəd və ya sədd adlandırırlar)termini qəbul edildi.Slavyan soyadı çətin tələffüz edildiyindən bəzi alimlər onu əksər hallarda Moxo səthi və hətta M səthi kimi işlədirlər.[3]

İstinadlar

  1. Л.П.Шубajeв. Yмуми Jершyнаслыг.Бакы.1986.с.37
  2. Coğrafiya ensklopediyası. I kitab. Bakı 2012.səh.82
  3. Uşaqlar üçün ensiklopediya. Gelogiya. Bakı,"Şərq-Qərb",2008, s.15.

Həmçinin bax

Xarici keçidlər