Muğan qızı (film, 1972)

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Muğan qızı
Janr bioqrafik
Rejissor Zeynəb Kazımova
Ssenari müəllifi Nahid Hacızadə
Operator Vladimir Konyagin
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 1972
Filmin növü qısametrajlı sənədli film
Ölkələr SSRİ SSRİ
İl 1972
Texniki məlumatlar 1 hissə
294 metr
35 mm

Məzmun

Film-portret Sosialist Əməyi Qəhrəmanı, məşhur pambıq ustası, Puşkin rayonundakı (indiki Biləsuvar) Telman adına kolxozun sədri Qızqayıt Həsənova, onun keçdiyi şərəfli əmək yolu barədə söhbət açır. Filmin əsas hissəsi qəhrəmanın bugünkü həyatına, onun rəhbərlik etdiyi kolxozun işlərinə həsr olunmuşdur.

Filmin heyəti

Film üzərində işləyənlər

Rejissor: Zeynəb Kazımova
Ssenari müəllifi: Nahid Hacızadə (Nahid Hacıyev kimi)
Operator: Vladimir Konyagin
Musiqi tərtibatı: A. Dobruşkes
Səs operatoru: Şamil Kərimov

Mənbə

  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235–258.