Nökər (Monqolustan)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Nökər (mold. нөхөр; mənası – dost, yoldaş) — XI–XII əsrlərdə Monqolustanda feodal münasibəylərinin yarandığı dövrdə əyanların silahlı dəstəsinin üzvləri.

Tarixi

XIII əsrin əvvəllərindən monqol xanlarının (Çingiz xan və b.) şəxsi qvardiyasını təşkil etmişdir. Nökərlərdən müharibə vaxtı döyüşçü, dinc dövrdə isə keşikçi, "ev qulluqçusu" kimi istifadə olunmuşdur.[1] Onlar igid və sadiq döyüşçülər idilər.[2] Çingiz xanın ən görkəmli generallarının çoxu nökər idi.[3][4] XIV əsrdən nökər ifadəsi Azərbaycanda, İrandaMərkəzi Asiyada "xidmətçi", "qulluqçu" mənasında işlədilmişdir.[1]

İstinadlar

  1. 1 2 Нөкәрләр // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 300.
  2. Herbert Franke; Denis C. Twitchett, redaktorlar The Cambridge History of China. 6, Alien Regimes and Border States, 907-1368. Cambridge University Press. 1978. səh. 22. ISBN 9780521243315. 2022-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-28.
  3. "Nökhör". Britannica. 17 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 May 2021.
  4. Hope, Michael. Power, Politics, and Tradition in the Mongol Empire and the Īlkhānate of Iran. Oxford University Press. 2016. 36–37. ISBN 9780191081071. 2023-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-28.