Nərgiz Bağırzadə

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Nərgiz Bağırzadə
Nərgiz Eldar qızı Bağırzadə
Doğum tarixi (44 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ

Nərgiz Eldar qızı Bağırzadə (17 dekabr 1979, Bakı, Azərbaycan SSR) — azərbaycanlı ssenarist.

Həyatı

Nərgiz Bağırzadə 17 dekabr 1979-cu ildə Bakıda anadan olub. Qərb Universitetində (1996-2000) təhsil alıb. 2004-cü ildə ÜDKİ-in ssenari fakültəsinə daxil olub (Rüstəm İbrahimbəyovun emalatxanası). 2007-ci ildən Rüstəm İbrahimbəyovun Kino Məktəbinin kinorejissorluq fakültəsinin tələbəsidir. 2004-cü ildən Azərbaycan Beynəlxalq Bankında çalışıb. 2004-cü ildən yazıları "Литературный Азербайджан" jurnalında dərc olunmağa başlanıb. 2006-cı ildə "Bazar ertəsi artıq külək əsməyəcək" (А в понедельник ветра уже не будет) tammetrajlı film ssenarisi VGİK-in festivalında iştirak edib. 2007-ci ildə "Lotereya bileti" (Лотерейный билет) hekayəsi "Мир литературы" jurnalında dərc olunub. "Buludlarda" (В облаках, 2007) qısametrajlı bədii filmin ssenari müəllifi, "Həmişəki kimi" (Как всегда, 2008) qısametrajlı bədii filmin rejissoru və ssenari müəllifidir.

2024-cü ildə ssenari müəllifi olduğu "Qızcığaz" filminin Rusiyada premyerası keçirilmişdir.[1]

Filmoqrafiya

  1. Qocalar (film, 2008)
  2. Bir addım (film, 2009)
  3. Qağayı (2012)
  4. Qorxma, mən səninləyəm! 1919 (film, 2013)
  5. Görüş (film, 2015)
  6. Lotereya bileti (film, 2015) (qısametrajlı bədii film)
  7. Sevgi haqqında (film, 2015) (qısametrajlı bədii film)
  8. Təsadüf (film, 2015) (qısametrajlı bədii film)

İstinadlar

  1. İctimai TV. "Azərbaycanlı ssenaristin filmi Rusiya kinoteatrlarında nümayiş olunur" (az.). Youtube.com. 06.02.2024. 2024-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-06.