Nəzakət Xudiyeva

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Nəzakət Xudiyeva
Nəzakət Əli qızı Xudiyeva
Doğum tarixi
Vəfat tarixi (61 yaşında)
Dəfn yeri Naxçıvan, Naxçıvan Muxtar Respublikası, Azərbaycan
Fəaliyyəti aktrisa

Xudiyeva Nəzakət Əli qızı — azərbaycanlı aktrisa, Azərbaycan Respublikasının Əməkdar artisti.

Həyatı

Nəzakət Xudiyeva 1974-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu bitirdikdən sonra Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışmağa başlamışdır. İstedadlı aktrisa bu müddət ərzində bir-birindən fərqli onlarla qadın obrazları yaratmışdır. O, doğma teatrın səhnəsində 50-yə yaxın tamaşada çıxış etmişdir.

6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.[1]

2017-ci il may ayının 6-da vəfat etmişdir.

Əsas rolları

  1. Oqtay Eloğlu (C.Cabbarlı) — Sevər
  2. Aydın (C.Cabbarlı) — Böyükxanım
  3. Şeyx Sənan (H.Cavid) — Əzra
  4. Vaqif (S.Vurğun) — Gülnar
  5. Hacı Qəmbər (N.b.Vəzirov) — Yetər

Filmoqrafiya

  1. Tale yükü
  2. Nehrəmli qız (film, 2002)

İstinadlar

  1. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-01.