Nadejda Zaxarova

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Nadejda Zaxarova
Mövqeyi qısa hücumçu[d]
Boyu 180 sm
Çəkisi 81 kq
Vətəndaşlığı SSRİ, Rusiya
Doğum tarixi (79 yaş)
Təhsili
  • P.F.Lesqaft adına Milli Dövlət Bədən Tərbiyəsi, İdman və Sağlamlıq Universiteti[d]

Nadejda Dmitriyevna Zaxarova (9 fevral 1945-ci ildə anadan olmuşdur; Pskov vilayəti, Kudeverski rayonu, Qolovanovo kəndi) - sovet basketbolçusu. SSRİ əməkdar idman ustası (1970).

1958-1976-cı illərdə "Spartak" (Leninqrad) basketbol klubunda çıxış etmişdir. O, 1977-1978-ci illərdə 1978-ci ildə "Qızıl Diana" prizi uğrunda turnirin qalibi olmuş SSRİ gənclərdən ibarət yığma komandasının məşqçisi olmuşdur. N.Zaxarova Rusiyanın əməkdar məşqçisidir (1995). Hazırda basketbol üzrə Sankt-Peterburq 1 nömrəli Olimpiya ehtiyatları məktəbinin məşqçi müəllimidir. Əri SSRİ-nin əməkdar idman ustası Stanislav Qelçinskidir.

Nailiyyətləri

  • Olimpiya oyunlarının qalibi -1976
  • Dünya çempionu 1971, 1975
  • Avropa çempionu - 1968, 1970, 1972, 1974, 1976
  • SSRİ çempionu - 1974
  • SSRİ çempionatının gümüş mükafatçısı - 1970-1973, 1975
  • SSRİ çempionatının bürünc mükafatçısı - 1976
  • SSRİ xalqlarının VI Spartakiadasının bürünc mükafatçısı - 1975
  • Universiada çempionu - 1973
  • Lilian Ronketti Kubokunun qalibi -1975

Təltifləri

Xarici keçid

Ссылки

Mənbə

  • Генкин З. А. Баскетбол: Справочник / Авт.-сост. З. А. Генкин, Е. Р. Яхонтов. — М.: Физкультура и спорт, 1983. — 224 с.

İstinadlar