Nadir şah Əfşar: diplomatik yazışmalar

Vikipediya, azad ensiklopediya
(Nadir şah Əfşar: diplomatik yazışmalar (kitab) səhifəsindən istiqamətləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Nadir şah Əfşar: diplomatik yazışmalar
Nadir şah Əfşar: diplomatik yazışmalar
Kitabın üz qabığı
Kitabın üz qabığı
Mövzu Tarix
Ölkələr Azərbaycan Azərbaycan
Orijinalın nəşr ili 2015
Nəşriyyat Şərq-Qərb nəşriyyatı
Səhifə 224
Tiraj 500
ISBN 978-9952-505-08-5

Nadir şah Əfşar: diplomatik yazışmalar AMEA-nın Əlyazmalar İnstitutunda saxlanılan mənbələr əsasında Nadir şah Əfşarın diplomatik irsinin toplandığı kitab.[1]

Haqqında

2015-ci ildə AMEA-nın Əlyazmalar İnstitutunda saxlanılan mənbələr əsasında hazırlanmış kitab. Kitabda AzərbaycanınYaxın Şərqin siyasi tarixində iz buraxmış, Qərb tarixçilərinin "Şərqin Napoleonu" adlandırdıqları Nadir şah Əfşarın diplomatik irsi toplanmışdır. Kitabın elmi redaktoru Akademik Ramiz Mehdiyev, redaktoru Paşa Kərimov, fars dilindən tərcümə edib, nəşrə hazırlayan, qeydlərin müəllifi Rauf Şeyxzamanlı və şərhlər və tarixi məlumatların müəllifi isə Eldar Əmirov və Taleh Hacıyevdir. Burada Nadir şahın Hindistanın fəth edilməsindən sonra Rum padşahı Sultan Mahmud xana, Hindistan şahı Məhəmmədə, Molla Məhəmməd Zəkiyə, Məşhədin mütəvəllisi Mirzə Məhəmməd Rzaya və Qəndəharın fəth olunması münasibətilə qardaşı İbrahim xana yazdığı məktublar toplanıb.[1]

Həmçinin bax

İstinadlar

  1. 1 2 Nadir şah Əfşar: diplomatik yazışmalar (PDF). Bakı: Şərq-Qərb nəşriyyatı. 2015. 224. ISBN 978-9952-505-08-5.

Xarici keçidlər