Namiq Abbasov (həkim)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Namiq Əbdülsəməd oğlu Abbasov — Azərbaycan pulmonoloqu, tibb elmləri doktoru (1992), professor (1998).

Həyatı

Namiq Əbdülsəməd oğlu Abbasov 17 iyun 1941-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1965-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu (indiki Azərbaycan Tibb Universitetini) bitirmişdir. N. Abbasov 1967–1975-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Kliniki və Eksperimental Təbabət İnstitutunda, 1975–1976-cı illərdə Elmi Tədqiqat Vərəm İnstitutundaelmi işçi vəzifəsində çalışmışdır. 1976-cı ildən Azərbaycan Tibb Universitetinin ağ ciyər xəstəlikləri kafedrasında (2004-cü ildən kafedra müdiri) işləmişdir.

Elmi fəaliyyəti

Namiq Abbasovun tədqiqatları cərrahi əməliyyatlardan sonra xarici tənəffüs vəziyyətinin öyrənilməsinə, vərəmli xəstələrdə ağ ciyər və ürəyin ekokardioqrafik müayinəsi məsələlərinə həsr edilmişdir. O, 90-a yaxın elmi əsərin, o cümlədən 1 monoqrafiyanın müəllifidir.

Mənbə

İstinadlar