Nazim Əfəndiyev (metallurq)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Nazim Əfəndiyev
Doğum tarixi 16 dekabr 1963(1963-12-16) (60 yaş)
Doğum yeri
Təhsili
  • SSRİ Müdafiə Nazirliyinin Hərbi İnstitutu[d] (–1985)
Fəaliyyəti metallurq

Nazim Əfəndiyev (Əfəndiyev Nazim Tofiq oğlu; 16 dekabr 1963, Bakı) — "Metalloinvest" İK ASC‑nin baş direktorunun birinci müavini – kommersiya direktoru. "Rusiya Federasiyasının fəxri metallurqu" (2014). Orenburq vilayəti V çağırış Qanunverici Məclisin deputatı (2011).

Həyatı

Əfəndiyev Nazim Tofiq oğlu 1963-cü il dekabrın 16-da Bakıda anadan olub. 1985-ci ildə Xarici Dillər Hərbi İnstitutunu, 1995-ci ildə Kinqston Universitetində (Böyük Britaniya) MBİ-nin (Master of Business Administration, tərcümədə – "Magistr Biznes-İnzibatçılıq") xüsusi Beynəlxalq Menecment proqramı üzrə Xalq Təsərrüfatı Akademiyasını bitirib. 1985–1992-ci illərdə Silahlı Qüvvələrin sıralarında xidmət edib. 1996-cı ildən N. Əfəndiyev "Sibirskiy alyuminiy" kompaniyasında Sayan alüminium zavodunun kommersiya direktorunun müavini, Samara metallurgiya zavodunun Ticarət Evinin direktoru vəzifələrində çalışıb, "Russkiy alyuminiy" kompaniyasının prokat divizionuna başçılıq edib. 2001-ci ildən "NOSTA" ASC və "Uralskaya Stal" kompaniyasında satış üzrə direktor işləyib. 2004-cü ilin mayında "Uralskaya Stal" kompaniyasının baş direktoru təyin edilib. 2006–2007-ci illərdə "Metalloinvest" İK ASC-nin icraçı direktoru olub.[1]

2007-ci ildə "Uralmaşzavod" ASC-nin baş direktoru, 2007–2009-cu illərdə "Uralmaş" Maşınqayırma Korporasiyası" QSC-nin baş direktoru vəzifələrində çalışıb. 2008–2011-ci illərdə Sverdlovsk vilayəti Qanunverici Məclisinin Nümayəndələr palatasının deputatı olub. 2011-ci ildən Orenburq vilayəti V çağırış Qanunverici Məclisin deputatıdır.

2010–2012-ci illərdə "Uralskaya Stal" ASC-nin idarəetmə direktoru işləyib. 2011-ci ilin sentyabrından "Metalloinvest" İK ASC-nin baş direktorunun müavini olub. 2011–2012-ci illərdə "Metalloinvest" İK ASC-nin baş direktorunun dövlət hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqə üzrə müavini vəzifəsini tutub.

N. Əfəndiyev 2012-ci ildən "Metalloinvest" İK ASC-nin baş direktorunun birinci müavini — kommersiya direktoru vəzifəsində çalışır. 2014-cü ildən "Metalloinvest" İK ASC-nin direktorlar şurasının üzvüdür.

Təltif və mükafatları

2014-cü ildə o, "Rusiya Federasiyasının fəxri metallurqu" adını alıb. Metallurgiya sahəsinin inkişafına verdiyi böyük töhfəyə görə N. Əfəndiyevə RF Sənaye-Ticarət Nazirliyinin idarə mükafatı təqdim olunub.

İstinadlar

  1. Bağıyeva, Mətanət. Xaricdə yaşayan azərbaycanlılar. Qısa bioqrafik məlumat kitabçası (PDF) (az.). Bakı: "Papirus NP". 2016. ISBN 978-9952-8299-1-4. 2017-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-21.