Nehrəm yaşayış yeri

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Nehrəm
Ölkə  Azərbaycan
Şəhər Babək
Yerləşir Babək kəndi
Tikilmə tarixi 5-18-ci əsrlər
Üslubu arxeoloji abidə
KateqoriyaYaşayış yeri
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Nehrəm (Azərbaycan)
Nehrəm

Nehrəm yaşayış yeriBabək rayonunun eyniadlı kəndində orta əsrlərə aid yaşayış yeri.

Ümumi məlumat

1967-ci ildə qeydə alınmışdır. Sahəsi hektardır. Yaşayış yerinin üzərinə xeyli maddi mədəniyyət qalıqları səpələnmişdir. Tikinti qalıqları tamamilə dağıdılmışdır. Mədəni təbəqə çürüntülü torpaq qarışıq gildən ibarətdir. Axtarışlar nəticəsində saxsı qab, çiy və bişmiş kərpic hissələri, orta əsrlərə xas olan müxtəlif üsullarla naxışlanmış əsasən qırmızı,həmçinin boz rəngli keramika məmulatı (küpə, kasa, çıraq, cam və s.) əldə olunmuşdur. Tapıntılara əsasən, abidə 5-18-ci əsrlərə aid edilir.[1]

İstinadlar

  1. Naxçıvan ensiklopediyası. II cilddə. II cild. Naxçıvan.2005.

Xarici keçidlər

Nehrəm kəndi - Ümummili lider Heydər Əliyev Nehrəm haqqında