Nisbət və tənasüb

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Düzbucaqlının uzunluğunun eninə nisbəti

A ədədinin B ədədinə bölünməsindən alınan qismətə A ədədinin B ədədinə nisbəti deyilir. Yəni, nisbət, B ədədinin A ədədinin daxilində neçə dəfə yerləşdiyini əks elətdirir(A:B).

Məsələn, əgər bir səbətdə 8 ədəd naringi, digər səbətdə 6 ədəd limon varsa, onda, naringilərin sayının limonların sayına nisbətini 8:6 ( 4:3 nisbətinə ekvivalentdir) şəklində göstərəcəyik.

Bu nümunədə həmçinin, limonların sayının naringilərin sayına nisbətini 6:8 ( və ya 3:4) şəklində, naringilərin sayının bütün meyvələrin sayına nisbətini isə 8:14 (və ya 4:7) şəklində yazmaq olar.

Nisbəti təşkil edən ədədlər istənilən oxşar kəmiyyətlər ola bilər, məsələn , obyektlərin nisbəti, insanların nisbəti, düzbucaqlının eni ilə uzunluğunun nisbəti və s.

A ədədinin B ədədinə nisbətini kəsr kimi şəklində yazmaq olar. Bu kəsri istər adi, istərsə də onluq kəsr şəklində göstərmək mümkündür.

İki nisbətin bərabərliyinə Tənasüb deyilir. A ədədinin B ədədinə nisbəti (A:B) , C ədədinin D ədədinə nisbətinə (C:D) bərabərdirsə, bu tənasübü aşağıdakı kimi quracağıq:

A:B=C:D

A,B,C və D bu tənasübün hədləri adlanır. A və D tənasübün kənar hədləri, B və C isə orta hədləri adlanır.

Tənasübün kənar hədlərinin hasili,orta hədlərinin hasilinə bərabərdir: A·D=B·C

Nisbətlər adətən 3 və daha artıq hədlərlə ifadə olunur. Məsələn, düzbucaqlı paralelipipedin eni 6 sm, uzunlugu 9 sm, hündürlüyü 12 sm olarsa, onun ölçüləri nisbətini 6:9:12 kimi yazmaq lazımdır. Bu nisbəti sadələşdirsək, 2:3:4 cavabı alınar.

Tənasüb və faiz nisbəti

Əgər nisbəti təşkil edən hədlərin hər birini eyni bir ədədə vursaq , alınan cavab dəyişməyəcək. Məsələn, 4:2 nisbətinin hər 2 həddini 3-ə vursaq, 12:6 nisbətini alarıq. Göründüyü kimi cavab dəyişmədi. Həmçinin, nisbətin hədlərini eyni bir ədədə böldükdə də, alınan cavab dəyişmir. Məsələn, 4:2 nisbətinin hər iki həddini 2-yə bölsək, 2:1 nisbətini alarıq.

Tutaqki 5 hissə A, 9 hissə B, 4 hissə C və 2 hissə D ərzaqları qarışdırılıb. Onda, bu ərzaqların nisbətini 5:9:4:2 kimi yazacağıq.

Göründüyü kimi ümumilikdə 5+9+4+2=20 hissə qarışıq var. A ərzağı bu qarışığın 5/20 hissəsini, B ərzağı 9/20 hissəsini, C ərzağı 4/20 hissəsini, D ərzağı isə 2/20 hissəsini təşkil edir. Əgər biz verilən ərzağın miqdarını ümumi ərzaqların miqdarına bölüb, 100%-ə vursaq, verilən ərzağın miqdarının, ümumi ərzaqların miqdarına olan faiz nisbətini taparıq. Deməli, A ərzağı verilən ümumi ərzaqların 25%-ni, B ərzağı 45%-ni, C ərzağı 20%-ni, D ərzağı isə 10%-ni təşkil edir (25:45:20:10).

Başqa bir nüməyə baxaq. Tutaq ki səbətdə cəmi 3 alma və 2 armud var. Onda səbətdəki meyvələrin hissəsini və ya 60%-ni almalar, hissəsini və ya 40%-ni isə armudlar təşkil edəcək.

Əgər nisbət 2 kəmiyyətdən ibarətdirsə, onda bu nisbəti kəsr şəklində göstərmək olar. Məsələn, tutaqki, köhnə bir televizor 4:3 nisbətində aspekt ölçüyə malikdirsə, bu o deməkdir ki , bu televizorun uzunluğunun hündürlüyünə nisbəti 4/3 şəklindədir. Modern geniş ekranlı televizorlar isə 16:9 aspekt ölçüsünə malikdirlər.Tənasüb haqqında əlavə məlumat 6 cı sinif riyaziyyat kitabında yer alır.