Nitq aparatı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Nitq aparatı bir-biri ilə sıx qarşılıqlı əlaqədə olan mərkəzi (tənzimləyici və idarəedici) və periferik (icraedici) hissədən ibarətdir.

Mərkəzi nitq aparatı

Mərkəzi nitq aparatı baş beyində yerləşir. Mərkəzi nitq aparatı ibarətdir:

  • Baş beyin qabığı (daha çox sol yarımkürə)
  • Qabıqaltı düyünlər
  • Otürücü yollar
  • Beyin kökünün (uzunsov beynin) nüvəsi
  • Tənəffüs, səs və artikulyasiya əzələlərinə gedən sinirlər

Baş beyin qabığı

Nitq reflekslər əsasında inkişaf edir. Beynin qabığının müəyyən hissələri nitqin yaranmasında daha böyük rol oynayırlar. Bu sol yarımkürənin gicgah, ənsə və peysər hissələridir. Alın qırışlarının alt hissələri nitqin hərəkət sahəsi olub insanın özünün nitqinin yaranmasında iştirak edir. (Brok mərkəzi). Yuxarı gicgah qırışları nitq-eşitmə sahəsi olub səs qıcıqlandırıcılarını qəbul etməkdə işirak edir. (Vernike mərkəzi). Beyin qabığının ənsə payı nitqin başa düşülməsini təmin edir. Peysər hissədə görmə mərkəzi yerləşir və o, yazılı nitqi qavramağa imkan verir.

Qabıqaltı düyünlər

Nitqin ritm, temp və ifadəliliyinə təsir göstərir.

Ötürücü yollar

Baş beyin qabığı danışıq üzvləri ilə iki cür sinir yolları ilə əlaqədardır: mərkəzəqaçan və mərkəzdənqaçan sinirlər. Mərkəzdənqaçan (hərəki) sinir yolları pereferik nitq aparatının

fəaliyyətini tənzimləyən əzələləri baş beyin qabığı ilə əlaqələndirir.

Mərkəzəqaçan yol proproreseptorlardan və baroreseptorlardan başlayır. Proprioreseptorlar əzələlərin, vətərlərin içərisində və hərəkət üzvlərinin oynaq sahələrində yerləşir.

baş verir. Mərkəzəqaçan yollar nitq üzvlərinin bütün fəaliyyətinin ümumi tənzimləyicisi kimi mühüm rol oynayır.

Beyin kökü

Beyin kökünün nüvəsində kəllə-beyin sinirləri öz başlanğıcını götürür. Bütün pereferik nitq aparatının üzvləri kəllə-beyin sinirləri ilə innervasiya (hər hansı bir üzvün və ya toxumanın sinif hüceyrələri ilə təmin olunması) olunur.

Pereferik nitq aparatı

3 Şöbədən ibarətdir:

  • Nəfəs (tənəffüs)
  • Səs
  • Artikulyasiya.

Mənbə

«Loqopediyanın nəzəri əsasları haqqında ümumi məlumat» DƏRS VƏSAİTİ Z.M. Əzizova, R.Q. Cəfərova, Ş.N. İsmayılov