Noğul

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

NoğulNovruz bayramı süfrəsinin şirniyyat növlərindən biri.[1]

Hazırlanması

Sirkə cövhəri əlavə edilməklə bişirilən qatı şəkər şərbəti, keşniş toxumu ve düyü unundan hazırlanır. Forması yumru, səthi kələ-kötür, rəngi ağ, bəzən çəhrayı və sarı olur.[1]

Ziyafət süfrələrində istifadəsi

Qedim zamanlardan el bayramları, məişət şənlikləri və digər mərasim məclislərinin ziyafət süfrələrində çərəz (xuşgəbar) kimi işlənmişdir. Tarixən yaranmış və ənənə halında zəmanəmizədək çatmış el adətinə görə xalq bayramları, xeyir işlərlə (nişan, toy və s.) əlaqədar çay destgahı, nişan və bayramlıq xonçası və s. tədbirlərdə noğuldan geniş istifadə edilir.[1]

Həmçinin bax

İstinadlar

  1. 1 2 3 Novruz bayramı ensiklopediyası, Bakı, 2008 , "Şərq Qərb", 208 səh