Noxud dənyeyəni

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Noxud dənyeyəni lat. Bruchus pisorum L.-Yetkin böcəklər 4–5 mm böyüklükdə olub, bədənləri qara rəngdədir.

Noxud dənyeyəni
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Quruluşu

Yetkin böcəklər 4–5 mm böyüklükdə olub, bədənləri qara rəngdədir. Kürəni-boz rəngdə sıx tükcüklərlə örtülmüşdür. Bığcıqların nəhayəti xeyli yoğundur. Qanadüstlüyü qısa olduğundan qarıncığı tam örtmür. Üzərində qara-qonur və ağ ləkələr vardır. Bığcıqlar, pəncələr və ön ayaq baldırlarının əsası kürəni rəngdədir. Ön döşün yan tərəflərində tükcüklər arasında çətin seçilən iki ədəd mahmız vardır. Yumurtası sarı kəhrəba rəngdədir, nisbətcə iridir. Yaşıl paxlalar üzərində aydın saeçilir. Sürfəsi krem rəngdə olub, 5–6 mm-dir. Yoğundur, bükülmüşdür, ayaqları yoxdur, əvəzində şişkinliklər vardır. Başı kiçikdir, aydın görünür. Döş hissəsi zərif tükcüklərlə örtülmüşdür. Pupu formasına görə yetkin böcəklərə bənzəyir. Sarımtıl rəngdədir və böyüklüyü 4,5–5 mm-ə çatır.[1]

Həyat tərzi

Anbarlarda yığılmış və tarlalarda tökülüb qalmış noxud dəni içərisində böcək halında qışlayır.

Yayılması

Azərbaycanın bir sıra rayonlarında (Ağdam, Ağdaş və s.) geniş yayılmışdır.

Ədəbiyyat

  1. Kənd təsərrüfatı entomologiyası, S. R. Məmmədova, B. B. Xəlilov, 1986

İstinadlar

  1. Kənd təsərrüfatı entomologiyası, S. R. Məmmədova, B. B. Xəlilov, 1986